Naxçıvanbank — "Naxçıvanbank" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının ilk regional bankıdır və Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş 4 avqust 2008-ci il tarixli 252 saylı lisenziyaya əsasən, 11 sentyabr 2008-ci il tarixdən fəaliyyət göstərir.[1]
"Naxçıvanbank" Açıq Səhmdar Cəmiyyəti 2008-ci il tarixdən Əmanətlərin Sığortalanması Fondunun (ADİF), 2010-cu ildən milli ödəniş sistemi "AZİPS"-in, 2011-ci ildən Beynəlxal Banklararası Ödəniş Sistemi olan SWIFT-in, 2012-ci ildən "Mastercard" beynəlxalq ödəniş sisteminin, 2015-ci ildən "VİSA" beynəlxalq ödəniş sisteminin üzvüdür. Bununla yanaşı "Naxçıvanbank" Açıq Səhmdar Cəmiyyəti 2013-cü ildən "MONEX", 2018-ci ildən "UPT" və "Western Union" sürətli pul köçürmə sisteminə qoşulmuşdur.[1]
Naxçıvanbank Baş ofis, 7 filial, 3 mübadilə şöbəsi olmaqla ümumilikdə Naxçıvan MR və paytaxt Bakı şəhərində yerləşən 10 xidmət nöqtəsində öz müştərilərinə müxtəlif bank və maliyyə xidmətləri təqdim edir.[1]