Natura

Natura (latın:natura – təbiət) — təsviri sənətdə – təsvir prosesində rəssam və ya heykəltəraşın bilavasitə müşahidə etdiyi gerçəkliyin real obyektləri (insan, əşya, landşaft).

Sənətçinin maddi aləmə münasibəti və yaradıcılıq məqsədi naturanın seçilməsində və onun təsvirində təzahür edir. Bilavasitə naturadan istifadə etməklə portret, mənzərə, natürmort və s. əsərlər yaradılır. Digər janrlara aid əsərlər üçün köməkçi etüd, eskizrəsmlər yaradılarkən bilavasitə naturadan istifadə edilə bilər.

Ədəbiyyat

  • ASE, VII cild, Bakı, 1983. səh. 165.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!