Natalya Miklaşevskaya

Natalya Miklaşevskaya
Doğum tarixi
Doğum yeri Starodub, Çerniqov quberniyası
Vəfat tarixi bilinmir
Vətəndaşlığı Azərbaycan Azərbaycan SSR
Elm sahəsi Sənətşünaslıq
Elmi dərəcəsi Sənətşünaslıq üzrə elmlər doktoru
İş yeri
Alma-mater Bakı Dövlət Universiteti
Təhsili
Mükafatları "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyinə görə" medalı "Qafqazın müdafiəsinə görə" medalı "Əmək veteranı" medalı "Əmək igidliyinə görə" medalı "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı

Natalya MiklaşevskayaAzərbaycan sənətşünası, sənətşünaslıq üzrə elmlər doktoru.

XX əsr isə müasir Azərbaycan sənətşünaslıq elminin və məktəbinin əsaslı formalaşma və püxtələşmə dövrüdür. Bu dövrdə bir sıra tanınmış sənətşünas alimlərimiz yetişib. Onlardan biri də sənətşünaslıq elmləri doktoru, dövrünün tanınmış alimi və rəssamı Natalya Mixaylovna Miklaşevskayadır (1909-1981)[1].

Bioqrafiyası

Natalya Miklaşevskaya 1909-cu ildə Çerniqov quberniyasında, Starodubda anadan olmuşdur. 1928-ci ildə kənd məktəbini qurtaran Miklaşevskaya üç il kənd müəllimi kimi işlədi. 1931-ci ildə o Bakıya, bacısı Effendi Marqarit Mixailovnanın yanına gəlir.[2]

1935-ci ildə Natalya Miklaşevskaya Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu, 1942-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirir.[2]

1933-cü ildən 1939-cu ilə qədər Miklaşevskaya Azərbaycan dövlət muzeyində ekskursiya rəhbəri və bələdçi kimi işlədi. 1936-cı ildən etibarən o, Azərbaycan dövlət incəsənət muzeyində (indiki Azərbaycan Milli İncəsənət Muzeyi) kiçik elmi işçi kimi işlədi.[2]

Böyük Vətən müharibəsi illərində Miklaşevskaya SSRİ rəssamlıq fondunun Azərbaycan şöbəsində “Təşviqat pəncərəsi” hazırlanması üzrə işlədi və incəsənət işçilərinin Rəssamlar İttifaqının şəhər komitəsinə sədrlik etdi. 1942-ci ildə Sovet İttifaqı Kommunist Partiyası sıralarına qatıldı.[2]

1944-cü ildən etibarən Miklaşevskaya Azərbaycan SSR Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda işləməyə başladı. Burada o, intensiv elmi fəaliyyət göstərdi. Miklaşevskaya buradakı ilk illərində özünü tamamilə XVIII—XIX əsrlərə aid Azərbaycan divar rəsmlərini tədqiq etməyə həsr etdi. Şəki xan sarayı, Şəkixanovların evi, ŞuşaLahıc yaşayış evlərinin divar naxışlarının tədqiqinin nəticəsi kimi Miklaşevskaya XVIII—XIX əsrlərə aid Azərbaycan divar naxışlarının inkişafı haqqında monoqrafik əsər yazdı. 1948-ci ildə bu əsər Ermitaj elmi sovetində sənətşünaslıq namizədi elmi dərəcəsi almaq üçün müvəffəqiyyətlə müdafiə edildi.[3]

Miklaşevskayanın “XVIII—XIX əsrlər Azərbaycan divar naxışları” tədqiqatının əsas hissələri “Azərbaycan incəsənəti” (II nəşr, 1949 və IV nəşr, 1954) və “Azərbaycan memarlığı” (oçerklər) məcmuələrində çap edildi. Miklaşevskayanın Azərbaycan incəsənəti tarixinə aid ciddi tədqiqat işlərinin nəticələri XIX əsrin ikinci yarısının məşhur rəssamları — Mirzə Qədim İrəvaniMir Möhsün Nəvvabın yaradıcılığına həsr edilmiş iş hesab edilir. Miklaşevskaya rəssamların bioqrafik məlumatlarını əhəmiyyətli dərəcədə artırmağa nail oldu, 40-cı illərin sonunda Mirzə Qədim İrəvaninin Ermitaj muzeyinin Şərq fondunda və Gürcüstan SSR-in Dövlət İncəsənət Muzeyində saxlanılan dəyərli əsərlərini aşkar etdi. "Azərbaycan incəsənəti" məcmuəsində (IV nəşr, 1954) çap edilən bu məqalələr Azərbaycan incəsənətində realistik ideyaların inkişafının tədqiqi baxımından böyük maraq doğurdu.[3]

1949-cu ildən 1952-ci ilə qədər Miklaşevskaya Azərbaycan Dövlət Universitetinin sənətşünaslıq şöbəsində dərs keçdi.[4] O, 8 mart günü Azərbaycanın qadın rəssamlarının əsərlərinin sərgisinin təşəbbüsçüləri, təşkilatçıları və iştirakçılarından biri idi. (1938, 1939, 1943-46, 1957)[5]

“1920-1945-ci illərdə Sovet Azərbaycanında sosialist realizmi incəsənətinin təşəkkülü və inkişafı” əsərinə görə ona 1969-cu ildə sənətşünaslıq üzrə elmlər doktoru dərəcəsi verildi. 1974-cü ildə Bakıda ayrı bir monoqrafiya kimi çap edilən bu əsər Azərbaycanın rəssamlıq, qrafika, heykəltəraşlıq, teatr səhnə bəzəyi incəsənəti və rəssamlıq məktəblərinin inkişafını aydınlaşdırırdı.[4]

Mükafatları

Natalya Miklaşevskaya qüsursuz fəaliyyətinə və aktiv hərbi-rəhbərlik işinə görə "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyinə görə", “Qafqazın müdafiəsi uğrunda”, "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə", “Əmək igidliyinə görə”, "Əmək veteranı" və s. medallar ilə təltif edilmişdir.[5]

İstinadlar

  1. "Arxivlənmiş surət". 2024-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-15.
  2. 1 2 3 4 Керимов, 1979. səh. 3
  3. 1 2 Керимов, 1979. səh. 4
  4. 1 2 Керимов, 1979. səh. 5
  5. 1 2 Керимов, 1979. səh. 6

Ədəbiyyat

1. Наталья Михайловна Миклашевская / Вступительная статья: доктор искусствоведения проф. К. Керимов. Составители: ст. науч. сотрудник, искусствовед Т. Исмаилова, мл. науч. сотрудник С. Дадашева. Редактор: народный художник Азерб. ССР, лауреат Гос. премии СССР, Кязим-заде К. М.. — Б., 1979.

2. Azərbaycan sənətşünaslığında silinməz imza İNCƏSƏNƏT TARİXİMİZİN TƏDQİQİNDƏ ALİM VƏ RƏSSAM NATALYA MİKLAŞEVSKAYANIN ÖZÜNƏMƏXSUS ROLU VAR. https://525.az/news/261582-azerbaycan-senetsunasliginda-silinmez-imza

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!