Nasist Almaniyası Quru Qoşunları

Nasist Almaniyası Quru Qoşunları
alm. Heer
Loqonun şəkli
Növü Quru Qoşunları
Yaranma tarixi 1935–1946
Ölkə  Üçüncü Reyx
Tabedir Adolf Hitler
Daxildir Vermaxt
Tərkibi

6.550.000 (zirvə, 1943)  • Aktiv heyət: 4.250.000  • Ehtiyat heyət: 2.300.000

14.800.000 (ümumi şəxsi heyət)[1]
Hissə Oberkommando des Heeres
Şüarı Gott mit uns” (Allah bizimlədir)
Müharibələr İspaniya vətəndaş müharibəsi
İkinci Dünya müharibəsi
Döyüşlər
Fərqlənmə nişanları
Piyada birliklərin bayrağı
Komandanlıq
Məşhur komandirləri Adolf Hitler
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nasist Almaniyası Quru Qoşunları (alm. Heer‎; azərb. Ordu‎) ― Almaniya Silahlı Qüvvələrinin (Vermaxt) yenidən yaradılması qanunu ilə 1935-ci ilin may ayında qurulan Nasist Almaniyasının quru qoşunları və əsas qüvvəsidir. Əvvəlcə 21 diviziyadan ibarət olmasına baxmayaraq, 1935–1945-ci illər arasında yüzlərlə diviziya böyüklüyünə çatdı. İkinci Dünya müharibəsi dövründə ümumi olaraq təxminən 13 milyon əsgər xidmət edirdi. İkinci dünya müharibəsinin sonunda 1945-ci ilin mayında müttəfiqlərə təslim oldu və 1946-cı ildə rəsmi olaraq ləğv edildi.

Adolf Hitlerin silahlanma proqramını açıq elan etməsindən yalnız 17 ay sonra Heer böyüklüyünü qarşısına məqsəd qoyduğu 36 diviziyaya çatdırdı. 1937-ci ilin payızında daha iki korpus yaradıldı. 1938-ci ilin martında Anşlusdan sonra Avstriya ordusunun beş bölməsinin də daxil olması ilə daha dörd korpus yaradıldı. Adolf Hitlerin böyümə dövründə Alman Ordusu Birinci Dünya müharibəsi illərində olduğu kimi Quru (Heer) və Hava (Lüftvaffe) silahlı qüvvələri ilə birləşərək Vermaxt adlandırıldı.

Alman ordusu, mühasirə və "məhv etmə müharibəsi" kimi əməliyyat və taktiki üsulları birləşdirdikdə meydana gələn Blitzkriq taktikası ilə İkinci Dünya müharibəsinin ilk iki ilində sürətli qələbələr qazandı.

Motorlaşdırılmış qoşunlar müharibənin ilk illərində dünya mətbuatının diqqətini çox cəlb etdi. Polşa (sentyabr 1939), Norveç, Danimarka (aprel 1940), Belçika, Hollandiya və Fransa (may 1940), Yuqoslaviya (aprel 1941) və Barbarossa əməliyyatı ilə Sovet İttifaqının işğalının başladılmasının (iyun 1941) əsas səbəbi olaraq göstərilirdi. Bundan əlavə, motorlu diviziyalar və tank diviziyaları Heerin ümumi həcminin yalnız 20% -ni təşkil edirdi. Ordunun yük maşınları (və onları idarə etmək üçün benzin) çatışmazlığı müttəfiq hava qüvvələrinin Luaranın şimalındakı Fransız dəmir yolu şəbəkəsini viran etməsi Normandiya işğalı zamanı və sonrasında piyada hərəkəti üçün ciddi bir maneə kimi ortaya çıxdı. Panzer diviziyalarının hərəkətləri də dəmir yolu ilə əlaqələndirilmişdi, çünki bir tankın hərəkət ehtiyyatı maksimum 150 kilometrdən çox deyildi.

İstinadlar

  1. "Arxivlənmiş surət". 2017-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-25.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!