Namiq Hacıheydərli |
Doğum tarixi |
8 sentyabr 1975(1975-09-08) |
Doğum yeri |
|
Vəfat tarixi |
27 aprel 2024(2024-04-27)[1] (48 yaşında) |
Dəfn yeri |
|
Milliyyəti |
azərbaycanlı |
Təhsili |
|
Fəaliyyəti |
şair, publisist |
Üzvlüyü |
|
Mükafatları |
Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatı Türk Dünyasına Xidmət Ödülü |
Namiq Hacıheydərli (8 sentyabr 1975, Salyan rayonu – 27 aprel 2024[1]) — Azərbaycan şairi, araşdırmaçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2002), AYB-nin Muğan bölməsinin yaradıcısı və ilk sədri (2008–2015).
Həyatı
Namiq Hacıheydərli 1975-ci il sentyabrın 8-də Salyan rayonunun Varlı kəndində doğulub. 1990-cı ildə Varlı kənd əsas, 1992-ci ildə Salyan rayonu Yolüstü kənd orta məktəbini bitirib və elə həmin ildə N. Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinə daxil olub. Ali məktəbi 1997-ci ildə bitirib.
2024-cü il aprel ayının 27-də qəfil komaya düşdüyünə görə xəstəxanaya yerləşdirilib. Həmin gün vəfat edib.[2]
Yaradıcılığı
1999-cu ildə Salyanın Qaraçala ərazisini əhatə edən "Dan yeri" Ədəbi Birliyini qurub. 2000-ci ildən Dünya Gənc Türk Yazarlar Birliyinin Məclis üzvü,[3] 2002-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2008-ci ildə Azərbaycan Yazıçılar Birliyinin Salyanda keçirilən təsis konfransında Muğan bölməsinin sədri seçilib.
Dünya Azərbaycanlılarının I Qurultayının, Azərbaycan Gənclərinin III Forumunun, Azərbaycan Yazıçılar Birliyinin XI Qurultayının, Krımın Yalta şəhərində keçirilən XIV Türk Dünyası Gənclik Günləri və Qurultayının və digər mühüm tədbirlərin iştirakçısıdır.
2010-cu ildə Türk Xalqları Mədəniyyət Vəqfinin Azərbaycan təmsilçisi seçilib.
Yaradıcılığı Türkiyədə, Rusiyada, Hollandiyada, Qazaxstanda və digər ölkələrdə çap olunub.
7 kitabın, yüzə qədər elmi, publisistik və pedaqoji məqalənin müəllifidir.
2015-ci ilin mayında Azərbaycan Yazıçılar Birliyinin Muğan Bölməsinin sədrliyindən bəyanatla istefa verib[4]
Mükafatları
2009-cu ildə "Vektor" Beynəlxalq Elm Mərkəzi tərəfindən "Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatı"na layiq görülüb.
2013-cü ildə "Türk dünyasına xidmət ödülü"nə layiq görülüb.
2015-ci ilin avqust ayında türk dünyası ilə bağlı araşdırmalarına görə Türkiyə Sənət Platformu tərəfindən "2015 TÜRK DÜNYASI HİZMƏT ŞƏRƏF ÖDÜLÜ" ilə mükafatlandırılıb.
Kitabları
- Ey türk doğulan. Bakı: 2012[5]
- Səni tapan itirməz. Bakı.[6]
- Söz sənindir. Bakı, "Vektor" Nəşrlər Evi, 2010.[7]
- Dağ Kolanı dastanı. Bakı.[8]
- Yaralı Azərbaycan. Bakı.
- Sözüm sənədi, tanrım. Bakı.
- Muğanın səsi. Bakı.
İstinadlar
Xarici keçidlər