Nairi

Orta Şərq e.ə. 1400

NairiVan Gölünün cənubi hisəsində tarixsəl bir ölkə adı (e.ə. 1114- 860), Assuriyalılar onlara (KUR.KUR Na-i-ri, və ya Na-i-ru)[1] adı verirdi, müasir TürkiyəninCənubi Azərbaycanın (İranın Qərbi Azərbaycan vilayətinin) VanHakkari vilayətlərinə təxminən uyğun gəlir. Nairi bəzən Mesopotamiya, XetUrartu mənbələrindən bilinən Nihriya ilə bərabərləşmişdir.[2]

Ancaq bir mətn içərisində belə gəlir ki Nihriya ilə birgə olmaması təxmin edilir.[3]

Tunc dövrünün qutulmasından əvvəl Nairi qəbilələri həm Assuriya, həm də Xetlər ilə mübarizə aparacaq qədər güclü bir qüvvə hesab olunurdu.

Mitanni Krallığının yıxılışından sonra torpaqlarına nəzarət etmək üçün XetlərAssuriyalılar arasındakı döyüşlərin son nöqtəsi olan Nihriya Döyüşü; orada baş verdi, e.ə. 1230.

Urartu'nun ilk padşahları özülərini yerli Bianili yerinə Nairi adlandırdılar.[4]

Ancaq Urartu ilə Nairi arasındakı münasibət dəqiq bəlli deyil.

Bəzi alimlər Urartu və Nairinin ayrı-ayrı nöqtələr olduğunu irəli sürdülər.

Assuriyalıların sənədlərinə baxaraq belə görünür ki, e.ə. 8-ci əsrdə Nairi torpaqları AssuriyaUrartu tərəfindən tamamilə ələ keçmədən öncə və Urartunun qurulmasından öəcə onlarca il müstəqil olaraq həyatlarını sürdürmüşlər.[5]

İstinadlar

  1. Redgate, Anne Elizabeth. The Armenians. Wiley-Blackwell. 2000. səh. 27. ISBN 978-0631220374.
  2. Trevor Bryce, The Kingdom of the Hittites 2005:316; Bryce locates Nairi north or northeast of modern Diyarbakir.
  3. M. Salvini "Nairi, Na'iri" Reallexikon der Assyriologie 9. Edited by Erich Ebeling and Bruno Meissner. New York: Walter de Gruyter, 1998-2001. p. 87.
  4. Urartian Material Culture As State Assemblage: An Anomaly in the Archaeology of Empire, Paul Zimansky, Page 103 of 103-115
  5. Paul Zimansky. Ecology and Empire: The Structure of the Urartian State. pp. 49-50. [1] Arxivləşdirilib 2022-09-22 at the Wayback Machine

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!