Ənənəvi olaraq, baş katib vəzifəsini avropalılar daşıyır. Bu struktur ABŞ-nin təsirini balanslaşdırmağa yönəlmişdir, belə ki, NATO-nun ən yüksək hərbi vəzifəsi sayılan Avropa Müttəfiq Qüvvələri baş komandanını ABŞ təyin edir. Baş katib NATO-ya üzv ölkələrin konsensusu əsasında 4 il müddətinə seçilir. Lakin üzv ölkələrin razılığı əsasında baş katibdən 1 il və ya daha artıq müddətə vəzifədə qalması xahiş oluna bilər.
↑Stikker səhhəti ilə əlaqədar vəzifəsindən 1 il tez ayrılmışdır.
↑ 12Vörner 13 avqust 1994-cü ildə vəzifə başında xərçəng xəstəliyindən vəfat etmişdir. Baş katibin müavini Sercio Balanzino onun ömrünün sonlarına yaxın vəzifələri öz üzərinə götürmüş və onun ölümündən sonra və Villi Klaasın seçilməsinədək vəzifələrin icraçısı olmuşdur.[2]
↑ 12Klaas 1980-ci illərdə Belçika nazirlər kabinetində rüşvət alması iddiaları ilə əlaqədar baş katib vəzifəsindən istefa vermişdir. Onun istefasından sonra baş katibin müavini Sercio Balanzino Xavyer Solananın seçilməsinədək baş katib vəzifələrini icra etmişdir.[3]
↑2003-cü ilin yanvarında Corc Robertson dekabrda vəzifəsindən gedəcəyini elan etdi. Yaap de Hoop Sxeffer onun xələfi seçildi, lakin o Niderland parlamentindəki işləri ilə əlaqədar yalnız 2004-cü ilin yanvarında vəzifələrinin icrasına başlaya bildi. Robertsondan öz vəzifələrini Sxeffer hazır olanadək yerinə yetirməsi xahiş edilsə də, o imtina etdi və nəticədə baş katibin müavini Minuto-Ritso müvəqqəti olaraq baş katib vəzifələrini icra etməli oldu.[4]
↑Sxeffer 1 yanvar 2004-cü ildən NATO baş katibi elan edilsə də,[5] o, vəzifələrinin icrasına yalnız 5 yanvar 2004-də başlaya bildi.[4][6]