Nəhəng Şimal fırtınaquşu[3] (lat.Macronectes halli) — olduqca iri, yırtıcı, dəniz quşu. Fırtınaquşukimilər dəstəsinə (Procellariiformes), Fırtınaquşular fəsiləsinə (Procellariidae) daxil olan növ. Növ Avstraliyalı Qreqori Metyuson (ing.Gregory Mathews, 1876–1949) tərəfindən 1912 ildə qeydə alınmışdır. Nəhəng fırtınaquşu (Macronectes) cinsinə daxil olan iki növdən biridir.
Nəhəng cənub fırtınaquşu ilə birlikdə öz fəsiləsinin ən iri quşlarıdır. Cənubi Georgiya ərazisində yuxa quran quşların dimdiyi 85–100 mm, qanadı 482–564 mm. Gözün ətrafı yetkin quşlarda parlaq-boz, yaşımtəl, cavan fərdlərdə qəhvəyi olur. Yetkin fərdlərin bədəni tünd-boz, ön hissə isə ağımtıl olur. Hələ yetkinləşməmiş fərdlərdə isə nisbətən tünddür[3].
Yayılması
Bu növün nümayyəndələrinə Cənub okeanının cənun və şimal sərhədləri daxilində, Atlantik okeanın cənubu, Sakit və Hind okeanının mülayim və subtropik qurşaqlarına qədər olan ərazilərdə belə görmək olur. Üstəlik Avstraliya cənubu, Çili və Argentinanın şimal sularında belə görünürlər. Onlar əsasən Cənubi Georgi adasında yayılmışlar. Burada ümumi sayları 4500 çütdür. Çatem adası, Kroze adaları, Kergelen və Makkuori adası əsas areallardandır. Arealın ümumi sahəsi 82 600 000 km²-dir (31 900 000 mil²)[4].
↑ 12Онли Д., Бартл С. (1999): Определение видов морских птиц, обитающих в Южном океане. Справочник для научных наблюдателей, находящихся на борту рыболовных судов. Музей Новой Зеландии Те Папа Тонгарева. Веллингтон: Те Папа Пресс. 85 с.