Nəcib qazlar - elementlərin dövri sisteminin 8-ci qrupuna daxil olan qazlar: helium, neon, arqon, kripton, ksenon və radon (radiumun qaz emanasiyası). Bunlar həmçinin nadir və inert qazlar da adlandırılır. Xarici elektron təbəqəsinin (8 elektrondan ibarət), quruluşunun qapalı olması, ionizasiyanın yüksək potensialı və elektrona hərislik kəmiyyətinin mənfiliyinə görə nəcib qazlar adi şəraitdə başqa elementlərlə kimyəvi əlaqəyə girmir.
Həmçinin bax
Mənbə
- Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.