Nəcəfqulu (tam adı: Nəcəfqulu Əbdülrəhim oğlu İsmayılov; 15 mart1923, Bakı – 25 mart1990, Bakı) — Azərbaycan rəngkarı, karikaturçu və illüstrasiya ustası, "Kirpi" satirik jurnalının baş rəssamı və yaradıcılarından biri, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1963).
Nəcəfqulu İsmayılov 1949-cu ildə rəssam Güllü Mustafayeva ilə ailə qurmuşdur. Orqan ifaçısı Rəna İsmayılovanın və skripkaçı Sevinc İsmayılovanın atasıdır.[3] O, 25 mart 1990-cı ildə vəfat etmişdir.[4]
Yaradıcılığı
Rəssam yaradıcılığı boyu qrafika ustası və rəngkar kimi fəaliyyət göstərmişdir. O, "Kirpi" satirik jurnalı üçün karikaturlar, şarjlar və başqa qrafik əsərlər yaratmış, rəsm və plakatlar işləmiş, Cəlil Məmmədquluzadənin hekayələrinə, Mirzə Ələkbər Sabirin "Hophopnamə"sinə illüstrasiyalar çəkmişdir.[5]
Nəcəfqulu İsmayılovun dəzgah rəngkarlığının portret, süjetli tablo və natürmort janrlarında bir sıra əsərləri vardır. Onun yaradıcılığında portret janrı əhəmiyyətli yerə malikdir. Onun bu qəbildən olan əsərləri sırasına "Qubalı Fətəli xan" (1947), "General Həzi Aslanov" (1949), "Sara Aşurbəyli" (1951), "Şair Mirzə Əli Möcüz" (1954), "Yazıçı Abdulla Şaiq" (1955), "Ana" (1967), "Yazıçı Cəlil Məmmədquluzadə" (1967), "Şair Səməd Vurğun" (1967), "Akademik Mikayıl Useynov" (1972), "Səttar Bəhlulzadə" (1973), "Üzeyir Hacıbəyov" (1975), "Nəsirəddin Tusi" və digər portretlər daxildir.[6]
Rəssamın süjetli tablo və mənzərə janrında yaratdığı əsərlərinə "Qrand-opera" (1960), "İçərişəhərdə küçə" (1960), "Səadət" (1970), "Realist rəssam" və başqaları daxildir.[6] O, "Qayğıkeş ferma müdiri", "Əsl şərəf lövhəsi belə olar", "Axır ki dil tapdıq", "Sözsüz" və başqa karikaturlarında qarşılaşdığı neqativ hallara olan münasibətini əks etdirmişdir.[5] Rəssam 1958-ci ildə tarixi mövzuda olan "Nəsiminin edamı" əsərini yaratmışdır.[2]
Nəcəfqulu İsmayılov 1940-cı illərdən başlayaraq tarixi lövhələr, surətlər, habelə mədəniyyət xadimlərinin obrazlarını ilə respublika və Moskvada təşkil edilmiş rəssamlıq sərgilərində iştirak etmişdir.[7] Bakıda, Moskvada, Leninqradda fərdi sərgiləri açılmış və burada onun şəkillərindən ibarət bir neçə albom, kitablara çəkliyi illüstrasiyalar nümayiş etdirilmişdir.[4] İllər ərzində "Kirpi", "Krokodil" və başqa satirik jurnal səhifələrində onun yüzlərlə karikaturu dərc olunmuşdur.[8] Rəssam 1970–1982-ci illərdə Məhəmməd Füzulinin, Mirzə Ələkbər Sabirin, Üzeyir Hacıbəyovun misdən barelyeflərini də hazırlamışdır. Onun əsərləri Almaniyanın, Kanadanın, Livanın, Rusiyanın və digər ölkələrin sərgi salonlarında nümayiş olunmuşdur. Rəssamın "Kirpi" jurnalı üçün çəkdiyi bir çox əsər 1970-ci illərdə Bolqarıstanın Qabrovo şəhərində gülüşlə bağlı keçirilmiş beynəlxalq yarışmada sərgilənmişdir.[1]
↑ 12Нәҹәфгулу // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 171.
Искусство Советского Азербайджана.Живопись, скульптура, графика. Коллектив авторов. Москва: Советский художник. 1970. с. 192.
Бахлулзаде Саттар Бахлул оглы // Художники народов СССР: Биобиблиографический словарь. В 6-ти томах . Т. IV. Главный составитель и библиограф О. Э. Вольценбург. Искусство. 1983. 561.
"Nəcəfqulu". Cəlil Məmmədquluzadə Ensiklopediyası. 13 mart 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 mart 2020.
Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!