Mərkəzi Transdanubiya və ya Mərkəzi-Zadunay bölgəsi (mac. Közép-Dunántúl) — statistik (NUTS 2) Macarıstan regionu, Komarom-Esterqom, Feyer, Vesprem medyeləri daxildir. Şimalda Slovakiya, cənubda Balaton dənizi, şərqdə — Dunay çayı ilə sərhəddir.
Bölgənin sahəsi 11,237 km²-dir. (Macarıstanın beşinci böyük regionu). Əhalisi 1,094,104 nəfərdir (2011-ci ilin məlumatları).[4] 2001-ci ildə işsizlik səviyyəsi 4,6% olmuşdur.
Mövcud infrastruktur investisiya cəlb etmək üçün əlavə inkişaf tələb edir.
Bölgədə Velentse ən isti göllərdən biri mövcuddur. Əsas turistik yerlər Sekeşfexervar, Vesprem şəhərlərində yerləşir.
İstinadlar
Ədəbiyyat