Haqqında
B.Ə Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu 1944-cü ildən fəaliyyətdədir. Hal-hazırda Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu Respublikada qan xidməti üzrə baş müəssisə rolunu oynayan mürəkkəb tibbi istehsalat kompleksindən ibarətdir. İnstitut respublika əhalisinə yüksək səviyyəli ixtisaslaşdırılmış hematoloji yardımın göstərilməsi,qan və onun komponentlərinin hazırlanması və onların tibb müəssisələri arasında tələbata uyğun bölüşdürülməsi, transfuzion mühitlərin düzgün istifadə olunmasına nəzarət edir, eyni zamanda hematologiya və transfuzilogiya elminin inkişaf etdirilməsi və kadr hazırlanması işinə rəhbərlik edir.
Hazırda ETHTİ-nin strukturu “Elm”, “Klinika” hissələrindən və “Mərkəzi Qan Bankı”ndan ibarətdir. İnstitutun “Elm” hissəsində hematologiya və transfuziologiya sahəsinin aktual problemlərinə həsr olunmuş elmi tədqiqatlar aparılır. Elmi araşdırmaların nəticələri Azərbaycanda və xarici ölkələrdə nəşr edilən nüfuzlu jurnallarda nəşr edilir və institutun əməkdaşları müxtəlif ölkələrdə keçirilən möhəşəm elmi forumlarda iştirak edirlər. İnstitutda monoqrafiyalar,metodik vəsaitlər,klinik protokollar hazırlanır və dərc edilir. İnstitutun Mərkəzi Qan Bankı donor qanının tədarükü,işlənilməsi,yoxlanılması və paylanması məşqul olur.
Mərkəzi Qan Bankının respublikada 8 bölgə bölməsi var (Şəki , Quba , Lənkəran , Şirvan, Mingəçevir, Sumqayıt, Bərdə, Gəncə). Hematoloji xəstələrə tibbi yardım aşağıdakı Dövlət proqramı çərçivəsində həyata keçirilir:
Dövlət proqramları
- “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci iilər üçün Dövlət Proqramı”
- “2016 -2020–ci illər üçün qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Tədbirlər Proqramı”
- “2017-2021 –ci illər üçün qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramının”.
Onkohematoloji proqram çərçivəsində müvafiq avadanlıqlar və reaktivlər alınıb.Beləliklə ölkəmizdə bu xəstəliklərin diaqnostikası beynəlxalq səviyyəyə çatdırılmışdır. Eyni zamanda bu proqram çərçivəsində qan xərçənglərinin müalicəsində istifadə olunan 25 çeşiddə ən müasir, o cümlədən innovasyon preparatlar alınmışdır, nəticədə bu xəstəliklərin müalicəsində mühüm irəliləyişlər əldə olunmuşdur. Beləliklə, ölkə xaricində müalicə olunmaq üçün müraciətlərin sayı demək olar ki sifira enmişdir.
Qanunvericilik
Bununla yanaşı institutda Azərbaycan Respublikası Milli Məclisinin Ailə məcəlləsində dəyişikliklər edilməsi barəsində 17 oktyabr 2014-cü il tarixli qərarına əsasən nigaha daxil olan şəxslər talassemiyalara görə müayinədən keçirilir. Cütlüyün hər ikisi daşıyıcı çıxarsa onlarda prenatal diaqnostika aparılır və xəstə uşaqların doğulmasının qarçısı alınır.
Qan xidməti üzrə Dövlət proqramının yerinə yetirilməsi nəticəsində, hal-hazırda müalicə müəssisələrinin təhlükəsiz və keyfiyyətli qan və qan komponentləri ilə təmin edilməsi məsələsi həll edilmişdir.
Xarici keçidlər