Mənsur bəy Şıxlınski

Mənsur bəy Şıxlınski
Şəxsi məlumatlar
Doğum tarixi 1892
Doğum yeri
Vəfat tarixi 18 oktyabr 1920(1920-10-18)
Vəfat yeri
Təhsili

Mənsur bəy Şıxlınski (1892, İkinci Şıxlı, Qazax qəzası18 oktyabr 1920, Gəncə) — Bakı Polismeysterinin böyük köməkçisi.

Həyatı

Mənsur bəy Hüseyn bəy oğlu Şıxlınski 1892-ci ildə Qazax qəzasının İkinci Şıxlı kəndində anadan olmuşdu. O, Qori Müəllimlər Seminariyasını bitirmiş, bir müddət pedaqoji fəaliyyətlə məşğul olmuşdu.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıya gəlmiş və Bakı Polismeysterliyində qulluğa girmişdi. Əvvəlcə kiçik polis məmuru (onun köməkçiləri Velyamin Naydel və Mirhəmid bəy Talışxanov idi) vəsifəsində xidmət aparmışdı. Daha sonra Bakı şəhərinin polismeysteri Rüstəm bəy Mirzəyevin böyük köməkçisi (1-ci müavini) təyin edilmişdi. Ondan əvvəl bu vəzifədə Mehrəli bəy Fərzəlibəyov çalışırdı. Lakin Mehrəli bəy Fərzəlibəyovu 1920-ci il martın 14-də Şamaxı qəzasının rəis əvəzi təyin etdikləri üçün həmin tarixdən xidməti vəzifədə irəli çəkilməklə məhz Mənsur bəy Şıxlınski onun yerinə təyin olunmuşdu.

Aprel işğalı sonrası Mənsur bəyi Bakının 7 rayonunun milis komissarı vəzifəsində saxlamışdılar. Lakin 1920-ci il mayın 7-də onu keçmiş Bakı Polismeysterinin zabiti kimi həbs etmişdilər. Mənsur bəy XDİK rəhbərliyindən (o zaman Azərbaycan SSR-in xalq daxili işlər komissarı əslən Qazaxdan olan Həmid Sultanov idi) yalnız ailə işləri ilə məşğul olacağına söz verdikdən sonra həbsdən azad edilmişdi.

1920-ci ilin yazında Tovuza getmiş, müəllim vəzifəsinə düzəlmişdi. O, Gəncədə keçirilən maarif işçilərinin qurultayında iştirak etmişdi. Elə həmin ilin iyulunda Tovuz Qəza Fəhlə-Kəndli Müfəttişliyinin katibi seçilmişdi.

Sovet hökuməti tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinə xidmət göstərdiyinə görə və Gəncə üsyanı lə əlaqədar olmaqda günahlandırılıb. 11-ci ordunun Gəncədə yerləşən, qaniçən M.D.Velikanovun komandir olduğu 20-ci atıcı diviziyasının Xüsusi şöbəsinin əməkdaşları tərəfindən 1920-ci il oktyabrın 18-də həbs olunub məhkəməsiz güllələnmişdir.[1]

İstinadlar

  1. İltifat Şahsevən (Əliyarlı), İltifat Musa oğlu. İstiqlal fədailəri — Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirləri və silahdaşları: 1918–1920 Bakı – Mütərcim – 2013

Həmçinin bax

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!