Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələrəlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
Məmmədqasım Hüseyn oğlu Əliyev 10 fevral 1882-ci il tarixində Gəncə şəhərində anadan olmuşdur. Atası Hüseyn bəy kənd məktəbində iki sinif təhsilə malik olaraq, Azərbaycan sovetləşənə qədər qəza divanxanasında tərcüməçi və dəftərxana qulluqçusu, sovetləşmədən sonra Gəncədə torpaq ölçən kimi xidmət etmiş, 1926-cı ildə vəfat etmişdir. Anası Məmməd bəy 8 yaşında olarkən dünyasını dəyişmişdir.
Gəncə şəhər məktəbində 8-illik təhsilini (1890–1898) bitirdikdən sonra iki il Yelizavetpol mərzçəkmə dairəsində çertyojçu kimi xidmət etmiş, daha sonra isə 1899-cu ildə müsabiqə imtahanı ilə Tiflis yerölçmə məktəbinə daxil olmuş və burada yoxsulluq və uğurlarına görə ona ayda 10 rubl təqaüd təyin edilmişdir. 1902-ci ildə 1-ci dərəcəli yerölçən ixtisası ilə məktəbin 3-illik tam kursunu bitirmiş (fərqlənmə ilə) və elə həmin il müsabiqə imtahanı ilə Sankt-Peterburq Hərbi Topoqrafiya Məktəbinə daxil olaraq, professorlar N. D. Artamonov, İ. İ. Pomeransev, V. V. Vitkovskinin rəhbərliyi altında təhsil almışdır. Məktəbi 1905-ci ildə 1-ci dərəcə ixtisasla (fərqlənmə ilə) bitirmişdir.
Təhsilini bitirdikdən sonra Peterburq şəhərindəFinlandiya və Sankt-Peterburq quberniyasının Topoqrafik çəkiliş idarəsinə göndərilərək, Hərbi topoqraflar korpusunda topoqrafik işlər icraçısı vəzifəsində xidmətə başlamışdır. 1905-ci ilin yayında Məmməd bəy Əliyev Baltıkyanı diyarına ezam edilərək, burada Riqa körfəzi sahillərində Liflyandiya quberniyasında instrumental topoqrafik çəkiliş aparmışdır. Yaponiya ilə müharibə sona çatdıqdan sonra Məmməd bəy Əliyev 1906-cı ildə Peterburq çəkiliş idarəsinin tərkibində 2-ölçülü çəkiliş üzrə topoqrafiya-geodeziya işlərinin yerinə yetirilməsi üçün geodeziyaçı Şulginin rəhbərlik etdiyi 3-cü Mancuriya topoqrafiya-geodeziya çəkiliş dəstəsində Uzaq Şərqə, Şimali Mancuriyaya ezam olunmuşdur.[2] Bu işlər başa çatdıqdan sonra 16 may 1907-ci il tarixindən Çəkiliş idarəsi ilə birlikdə Riqa şəhərinə keçirilmiş və Şimal-Qərb diyarı, Qrodnı, Volınski və Kiyev quberniyalarının topoqrafiya işlərinin icraçısı təyin edilmişdir. Öz topoqrafiya-geodeziya işlərini tanınmış hərbi geodeziyaçılar, professorlar Savitski, Şulgin və Koverskinin bilavasitə rəhbərliyi altında aparmışdır.[3]
29 mart 1908-ci il tarixindən öz təkidli xahişi ilə Vətəninə, Qafqaza, Tiflis şəhərində (hazırkı Tbilisi) yerləşən Qafqaz hərbi-topoqrafiya şöbəsinə təyin edilmiş və burada topoqrafiya, xəritəçəkmə işlərinin icraçısı və geodeziya işləri icraçısının köməkçisi vəzifələrində çalışaraq, trianqulyasiya, topoqrafik çəkiliş və xəritəçəkmə işləri aparmışdır. 1913-cü ildə məşhur astronomgeodeziyaçı P. N. Kremlyakovla birlikdə topoqrafik partiyanın tərkibində Məmməd bəy Əliyev Türkiyə-İran sərhədlərinin müəyyən edilməsi üzrə beynəlxalq sərhəd komissiyasına daxil olan geodeziya komissiyasına ezam edilmişdir. Komissiya ilə İstanbulda görüşmüş Məmməd bəy Əliyev Fars körfəzinə yollanmışdır. Həmin beynəlxalq komissiyanın tərkibinə bu diyarın flora və faunasını öyrənmək üçün müxtəlif ölkələrin və elmi peşələrin (zoologiya, tibb, botanika və s.) nümayəndələri daxil idi. Məmməd bəy Əliyev komissiya nümayəndələri ilə birlikdə dəqiq geodeziya işlərinin aparıldığı Babil və Şuştər şəhərinin qazıntı işləri üzrə fransız və alman ekspedisiyalarında oldu. M. Əliyev qeyd edirdi ki, fransız və alman geodeziyaçı və mühəndislərinin sərəncamlarında olan əla avadanlıq sayəsində apardıqları iş metodları ilə ətraflı tanış olub və onları öyrənərək, faydalı çox şey əldə etmişdir. Geodeziya komissiyasının vəzifəsi Fars körfəzində Şəttül-Ərəb çayının mənsəbindən Ararat dağındakı birinci dərəcəli triqonometrik nöqtəyə qədər I–II sinif üçbucaqların trianqulyasiya zəncirinin çəkilməsi, bazislərin Yederin cihazları ilə ölçülməsi, ölçülmüş bazislərin uclarının coğrafi koordinatlarının müəyyən edilməsi, Hind-İngilis trianqulyasiyasının Zaqafqaziya trianqulyasiyası ilə birləşdirilməsi məqsədilə trianqulyasiya zəncirinin müstəqil çəkilməsi işlərinin yerinə yetirilməsindən ibarət idi. Geodeziyada trianqulyasiya sahənin üçbucaqlarla örtülməsi və onların bəzi tərəf və bucaqlarının bilavasitə ölçülməsi, digər parametrlərinin isə hesablanmasını nəzərdə tutan dəqiq ölçü metodudur. Bu komissiya iki il ərzində (1913–1914-cü illər) 8000 kilometrdən artıq qət edərək, trianqulyasiya şəbəkəsi qurmuşdur.[4]
Bu işlər sona çatdıqdan sonra 1914-cü ilin sentyabr ayında Rusiya altkomissiyası Tiflisə qayıtmışdır. Bu möhtəşəm iş güclü isti, tamamilə tədqiq olunmamış ərazilərdə nəqliyyatın olmaması və zəhərli ilanların dişləməsi nəticəsində insan qurbanları və s. ilə ağırlaşan inanılmaz çətin şəraitdə yerinə yetirilmişdir. Bir dəfə M. Əliyevi ilan sancmış və o zəhəri sovura bilmiş denşik (zabitə xidmət edən əsgər) tərəfindən xilas olunmuş, ilan öldürülmüş və sonradan Peterburqda bu ekspedisiyaya həsr olunmuş sərgidə nümayiş etdirilmişdir. Geodeziya işləri komissiya üzvləri arasında bölüşdürülmüşdü və Məmməd bəy Əliyevə trianqulyasiyanın müstəqil şəkildə aparılması və Kürdüstan və Luristanda aralıq bazisinin birgə ölçülməsi imkanı yaranmışdır. Beynəlxalq ekspedisiyanın apardığı işlərin nəticələri böyük beynəlxalq və dövlətlərarası əhəmiyyətə malik olmuş və Rusiya elmi ədəbiyyatında dərc olunmuşdur. Məmməd bəy Əliyevin iştirakı ilə tərtib edilmiş xəritələr bu günədək də aktuallığını qoruyub saxlayır və istifadə olunur. 1914-cü ilin sentyabrında ekspedisiyadan Tiflisə qayıtdıqdan sonra M. Əliyev işini Qafqaz Hərbi-topoqrafiya şöbəsində davam etdirmişdir. 6 dekabr 1914-cü il tarixində ona kapitan rütbəsi verilmiş və 2-ci dərəcəli "Müqəddəs Anna" ordeni ilə təltif olunmuşdur.
Azərbaycan Xalq Cümhuriyyəti zamanı (1918–1920-ci illərdə)
1918-ci ildə Qafqaz Hərbi-topoqrafiya şöbəsi Zaqafqaziya Hərbi-topoqrafiya şöbəsinə çevrilmiş və Məmməd bəy Əliyev mütəşəkkil Azərbaycan Bölməsinin rəisi təyin edilmişdir. Qafqazda baş verən inqilabi hadisələrlə əlaqədar olaraq 28 may 1918-ci il tarixində müsəlman dünyasında ilk demokratik dünyəvi respublika olan Azərbaycan Xalq Cümhuriyyəti elan olunmuşdur[5]. Zaqafqaziya Hərbitopoqrafiya şöbəsi ləğv edildikdən sonra podpolkovnik Məmməd bəy Əliyev yaradılmış Azərbaycan Cümhuriyyıti Hərbiyyə Nazirliyi yanında yeni təşkil olunmuş Azərbaycan topoqrafiya şöbəsinin rəisi təyin edilmişdir[6]. Hərbi Nazirliyin 147 saylı, 26 mart 1919-cu il tarixli əmri ilə podpolkovnik M. Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin Gürcüstanda diplomatik nümayəndəliyi yanında Baş Qərargah rəisinə tabe olmaqla hərbi attaşe təyin edilmişdir. Əmr general Səməd bəy Mehmandarov və Baş Qərargah rəisi Məmməd bəy Sulkeviç tərəfindən imzalanmışdır.[7]
Azərbaycan arxivində 26 fevral 1919-cu il tarixli, 894 saylı və Azərbaycan Cümhuriyyətinin Gürcüstandakı səfiri M. Y. Cəfərov və Gürcüstanda hərbi attaşe v.i.e. podpolkovnik M. Əliyev tərəfindən imzalanmış maraqlı bir teleqram saxlanılır[8]:
ADR-in hərbi naziri, artilleriya generalı Səməd bəy Mehmandarovun tapşırığına əsasən, Azərbaycanın Gürcüstan Respublikasındakı hərbi attaşesi, polkovnik-leytenant Məmməd bəy Əliyevə Tiflis muzeyində saxlanılan Azərbaycan bayraqları və dövlətçilik rəmzlərinin Gürcüstan hökumətindən razılıq alınaraq Bakıya qayıtması da tapşırılıb. [9]
…Tiflis radiostansiyası tərəfindən Həştərxandan Sokolovun (ehtimala görə senatorun) adına hərbi əsirlər: Şaumyan və digərlərinin İttifaq missiyasının həbs olunmuş üzvlərinə dəyişdirilməsinə dair radioteleqram ələ keçirilmişdir və teleqram bu sözlərlə sona çatır: "yaxın zamanda Bakıda görüşənədək".
Diqqət yetirin ki, söhbət Bakı Şəhər Xalq Komissarları Sovetinin (Bakı Kommunasının icra orqanı) rəhbərlərindən biri kimi 1918-ci il sentyabrın 20-nə keçən gecə Krasnovodsk yaxınlığında güllələnmiş hesab edilən Şaumyandan gedir.
Tiflisdən M. Əliyev Baş Qərargahın rəisi M. Sulkeviçin ünvanına göndərdiyi məlumatda göstərirdi ki, ayın 23-ü saat 4-də poruçik İvanov Tiflisə gəldi. 28-də Gəncə ilə, praporşik Mordvinovla danışdı. Elə həmin gün axşam Bakı istiqamətinə yola düşdü.[10]
"31.03.1919-cu il. Tiflis, Azərbaycan diplomatik missiyasına, Əliyevə. Poruçik İvanov 29-da həbs edilmişdir. O, Tiflisdə Kərpiç döngəsi ev 13, ya da 14-də yaşayan öz rəisi kəşfiyyat bölməsinin rəisi podpolkovnik Dobrotinə məlumatlar ötürürdü. Müşahidəni davam etdirin. Sulkeviç".[11]
"2 aprel 1919-cu il, № 1302, Tiflis. İvanov Duşet küçəsi 24-də qaldı. İlk görüş… arvadının köməyi ilə Dobrotinin özü ilə oldu. İvanovla Dobrotinin münasibətlərini dəqiq aydınlaşdırmaq və mükafatın həcmini müəyyənləşdirmək lazımdır. Əliyev".[12]
Məmməd bəy Əliyev gənc respublika üçün hərbi kadrların hazırlanmasında fəal iştirak etmişdir. Azərbaycan Cümhuriyyətinin hərbi idarəsinə göndərilmiş raportlardan birində o Tiflisdə teleqrafçılar və təyyarəçilərin hazırlığını təşkil etməyi təklif edərək, yerli dövlət orqanlarının razılıq verdiyini qeyd etmişdir. Tezliklə, Baş Qərargah rəisi Məmməd bəy Sulkeviç və rotmistr X. Xudaverdiyev tərəfindən imzalanmış 1 iyun 1919-cu il tarixli məktubla 19 nəfər M. Əliyevin sərəncamına göndərilir, onlardan 10 əsgər radioteleqrafçı kursları, 9 nəfər kiçik zabit isə hərbi təyyarəçi kurslarına yönəldilir.[13] 3 aylıq kursları bitirdikdən sonra zabitlər şərəflə ordunun sərəncamına göndərilirlər. 14 sentyabr 1919-cu il tarixində hərbi nazir orduda aviasiya dəstəsinin yaradılması haqqında əmr verir. Bu tarix Azərbaycan Hərbi-hava qüvvələrinin doğum tarixi hesab edilir. 19 avqust 1919-cu il tarixində Azərbaycan Ordusu Baş Qərargahı yanında aviasiya dəstəsinin rəisi hərbi təyyarəçi podporuçik Teymur xan Əfşar təyin edilir.[14]
Məmməd bəy radioteleqrafçıların hazırlığında böyük rol oynamışdır. Bu sahədə mütəxəssislərin hazırlanması nəticəsində və onların köməyi ilə Azərbaycan hökuməti xarici ölkələrlə əlaqə saxlaya bilirdi, 1 mart 1920-ci il tarixindən fəaliyyətə başlamış ilk milli teleqraf agentliyi təşkil edilmişdir. Lakin həmin ilin 28 aprel tarixində Azərbaycan Cümhuriyyətinin süqutu üzündən AZƏRTAC müstəqil agentlik kimi cəmi iki ay fəaliyyət göstərə bilmişdir. M. Əliyevin kəşfiyyat məlumatlarının toplanması, kəşfiyyatçıların hazırlanmasına töhfəsini də qeyd etmək lazımdır. Arxivlərdə müşahidənin təşkili və əməliyyat-kəşfiyyat məlumatlarının toplanması ilə bağlı böyük sayda materiallar saxlanılır. [15] Hərbi attaşe xətti ilə Tiflisdən Bakıya çox qiymətli informasiya axını olmuşdur. General Səməd bəy Mehmandarov və Baş Qərargah rəisi Məmməd bəy Sulkeviç tərəfindən imzalanmış və Azərbaycan Cümhuriyyəti Xarici İşlər Nazirliyinə göndərilmiş məxfi məktubda deyilirdi:
…Tiflisdəki hərbi attaşeyə erməni qoşunları haqqında informasiyanın toplanması tapşırılıb. Ona həmçinin Gürcüstan Baş Qərargahı ilə birlikdə məxfi kəşfiyyatın təşkil edilməsi tapşırılıb…
Bu hərbi attaşe Məmməd bəy Əliyevin başlıca rolundan xəbər verir. Qeyd etmək lazımdır ki, M. Əliyev digər dillərlə yanaşı erməni dilini də bilirdi ki, bu da qoyulmuş vəzifələrin yerinə yetirilməsində çox mühüm idi.
Demək olar ki, Məmməd bəy Əliyev müstəqil Azərbaycanın ilk kəşfiyyatçısıdır. Onun xidmətləri general Səməd bəy Mehmandarov tərəfindən layiqincə qiymətləndirilmiş və o hərbi nazirin əmri ilə polkovnik rütbəsinə yüksəldilmişdir. Təəssüf ki, 1920-ci ilin aprelində Azərbaycanın Qızıl ordu tərəfindən işğalı ilə əlaqədar olaraq hərbi attaşe institutu ləğv edilmiş və Məmməd bəy Əliyevin bu vəzifədə imzaladığı 15 saylı, 26 aprel 1920-ci il tarixli əmri sonuncu olmuşdur.
Azərbaycanda Sovet hakimiyyətinin qurulduğu dövrdə (1920−1937-ci illərdə)
22 may 1920-ci il tarixində Gəncədə Azərbaycan ordu hissələrinin sovet işğalına qarşı qiyamı baş qaldırmış və bu qiyam Qızıl Ordu hissələri tərəfindən 3 iyun 1920-ci il tarixində qəddarlıqla yatırılmışdır. Azərbaycan ordusunun 1000 əsgəri və Qızıl Ordu ordusundan 920 əsgər həlak olmuşdur, mülki vətəndaş itkilərindən isə danışmağa belə dəyməz. Gəncə qiyamının qəddarlıqla yatırılmasından sonra Azərbaycan milli ordusunun praktik olaraq bütün zabitləri həbs olunmuşlar. Onlar Bakı Fövqəladə Komissiyasında saxlanılmış və zabitlər burada müxtəlif təhqir və alçaldılmalara məruz qalmışlar. XI Qızıl Ordunun İnqilabi Hərbi Şurası yanında Gəncə qiyamı ilə bağlı istintaqın aparılması üçün xüsusi şöbə təşkil edilmişdir. Gəncə qubernator inqilab tribunalı yaradılmışdır. Gəncəyə ezam olunmuş Azərbaycan Daxili İşlər Xalq Komissarı Həmid Sultanovun əmri ilə şəhərdə bir neçə yüz insan ictimai şəkildə edam olunmuşdur. 23 zabit (o cümlədən, 6 general) dərhal Nargin adasına aparılmış və növbəti gün digər 57 sürgünlə birlikdə güllələnmişdir. XI Qızıl Ordu komandanlığının əmri ilə bütün respublika boyu potensial qiyam ocaqlarına nəzarət əhəmiyyətli dərəcədə gücləndirilmişdir. M. Əliyev öz üsyan etmiş silahdaşlarını dəstəkləməyə bilməzdi. Gürcüstanın işğalından sonra M. Əliyev Qızıl Ordunun xüsusi şöbəsinin rəisi S. A. Pankratovun əmri ilə həbs olunmuşdur. AXC-nin Gürcüstanda hərbi attaşesi yanında tapşırıqlar üzrə sabiq ober-zabit, 1921-ci ilin iyul ayından isə Azərbaycanın Türkiyədəki hərbi attaşesi Ələsgər Əsgərov-Kəngərlinski 1922-ci ildə yazılmış "Azərbaycan faciəsi" memuarlarında xatırlayır ki, "…mənim keçmiş rəisim polkovnik M. Əliyev zərurət olduqda köhnə dost və yoldaşların xilası üçün hərbi xidmətdə qalmağı məsləhət görürdü…".
Belə alındı ki, o xidmətdə saxlanılmış və Əliheydər Qarayev tərəfindən imzalanmış Azərbaycandan kənarda həbs olunmuş hərbçilərin amnistiyası haqqında əmrin dərc olunmasına yardım etmişdir. Bu əmrlə 276 əsgər və 32 zabit, o cümlədən, Məmməd bəy Əliyev 10 aylıq həbs və güllələnmə təhlükəsindən sonra azad olunmuşlar. M. Əliyev qısa müddətə Azərbaycan SSR-nin Batumidə konsulu təyin edilmiş, lakin konsulluğun ləğvi ilə Bakıya geri çağırılmış və 17 aprel 1921-ci il tarixindən 25 oktyabr 1924-cü il tarixinədək Qızıl Ordu Qərargahında xidmət keçmiş və Əliheydər Qarayevin şəxsi sərəncamı ilə Qızıl Ordunun Hərbi-Topoqrafiya İdarəsinin rəis müavini təyin edilmişdir. Həmçinin Azərbaycan SSR Xalq Hərbi və Dəniz Komissarlığının 207 (a) saylı, 6 iyun 1921-ci il tarixli əmri ilə Qızıl Ordunun Ali Komanda kurslarında topoqrafların hazırlanması üzrə baş rəhbər təyin edilmişdir. 1922-ci ildə Məmməd bəy Əliyev Azərbaycanın ilk Hərbi-Topoqrafiya Məktəbinin rəisi və müəllimi təyin edilərək, mahiyyətcə bu məktəbin banisi olmuş və 1924-cü ildə onun rəhbərliyi ilə adı çəkilən məktəbin bazasında bir çox ixtisaslı mütəxəssis – hərbi topoqraf hazırlamış topoqrafiya-geodeziya texnikumu yaradılaraq, sonradan adı Ağamalıoğlu adına yer quruluşu və meliorasiya texnikumuna dəyişdirilmişdir. Məmməd bəy Əliyev düz 1928-ci ilədək bu texnikumun direktoru olmuşdur. Məktəb, daha sonra isə texnikum hazırkı İdarəetmə akademiyasının binasında yerləşmişdir. 1922-ci ildən başlayaraq M. Əliyev bir sıra Azərbaycan təhsil müəssisələrinin təşkili və formalaşmasında fəal iştirak etmiş, Azərbaycan Dövlət Universitetində geodeziya və topoqrafiya üzrə mühazirələr oxumuşdur. 1925-ci ildə M. Əliyev Politexnik İnstitutuna (daha sonra Azərbaycan Sənaye İnstitutu, hazırkı Neft Akademiyası) dəvət olunaraq, geodeziya kafedrasının müdiri seçilmişdir. Sonralar Politexniki İnstitutu Neft İnstitutu adlandırılmışdır. Bu institutda 1928-ci ildən 1931-ci ilədək o tədris işi üzrə direktor müavini vəzifəsini tutmuşdur. 1 mart 1928-ci ildə o dosent adını almış, 1 yanvar 1931-ci il tarixindən isə professor elmi adı alması təsdiq olunmuşdur. Həmin dövrdən ömrünün sonlarına qədər o Azərbaycan Dövlət Universitetində professor və Azərbaycan Sənaye İnstitutunda (hazırkı Neft Akademiyasında) geodeziya kafedrasının müdiri işləmişdir. 1929 və 1935-ci illərdə o Leninqrad, Moskva, Kiyev və Xarkova bu şəhərlərin ali təhsil müəssisələrində elmi və pedaqoji işlərin təşkilinin öyrənilməsi və geodeziya üzrə elmi tədqiqatlarla tanışlıq üçün elmi ezamiyyətlərə getmişdir. Məmməd bəy Əliyev 1928-ci ildə fizika-riyaziyyat şöbəsinin dekanı və xəritəçəkmə üzrə müəllim seçilmişdir. 1933–1937-ci illərdə mütəmadi olaraq ZNYİ-də (Zaqafqaziya nəqliyyat yolları institutunda) mühazirələr oxumaq üçün Tbilisiyə səfərlər etmişdir.
Azərbaycanda repressiyalar dövründə (1937–1939-cu illərdə)
1937-ci ilin həbslər dalğası Məmməd bəy Əliyevdən də yan ötməmişdir. 19 sentyabr 1937-ci ildə o həbs olunmuş və istintaq altında olmuşdur. 11 may 1939-cu il tarixində həbsdən azad olunmuşdur. Məmməd bəy Əliyevin həbs olunduğu andan onun böyük qardaşı Cangir bəy onun təqsirsiz olmasına əminliklə inanaraq, qardaşının azad olunması uğrunda mübarizəyə başlamışdır. O gündəlik tutaraq, mürəkkəb şəraitdə aparılan bu mübarizənin bütün gözlənilməzliklərini qeyd etmişdir:
…Məmlinin (ailədə Məmməd bəyi belə çağırırdılar) sirli həbsi və ittihamları mənə əzab verir; ona böhtan atılması şübhəsizdir… Mən Məmlinin vicdanlı sovet vətəndaşı, öz işinə sadiq mütəxəssis – sovet hakimiyyəti və xalqının xeyrinə fəaliyyət göstərən elmi işçi olmasını bilirəm və ona özüm kimi əminəm. Əminəm ki, bu aşkar olunacaq və onun heç bir təqsirinin olmaması məlum olacaq… lakin hələlik o təqsirsiz iztirab çəkir, ailəsi və uşaqları hər gün qeyrimüəyyənlikdən əzab çəkirlər... Aprel – Məmlinin işi üzrə. 2 aprel tarixində XDİK yanında prokurorluğa müraciət edilmiş və cavab alınmışdır ki, hələlik araşdırma aparılır, cavab üçün 7 aprel tarixində gəlməyi təklif etdilər. XDİK-dən ərizəmizə cavab istədik — əvvəlki kimi dedilər: 12 aprel tarixində gəlin. Və beləcə hər şey şablon üzrə. Hara getməli, kimə şikayət etməli? Hər yerdə kobud, rəhmsiz münasibətlə qarşılaşırsan, sanki söhbət canlı insan deyil, hansısa lazımsız əşyadan gedir. Acı, dəhşətli qüssə ürəyimi parçalayır. Taleyin faniliyini tutmaq mümkün deyil; o uzun müddət xilas ola bilmədiyin kədərli iz və məyusluq hissi yaradır; Dəhşətli şeylər təsəvvür edir və ümidsizliyə qapılırsan. Məmli təkcə mənim qardaşım deyil, həm də yeganə dostum, yoldaşım – mərhəmətli və gözəl insan idi. Hansısa səhv yolu tutduqda o məni tutub saxlayır və ruhdan düşdükdə mənə ürək-dirək verirdi. Qarşımda onun obrazı canlanır və o zaman ürəyim sıxılır, gözümdən yaşlar axır. Ona qarşı məhəbbətimin bu qədər sonsuz olduğunu güman etmirdim. Dostluq şəxsi rifahın, şəxsi hissələrini qurban verə biləcəyin ən ali insan hissi və istəyidir. Mən özümü itirmişəm, gücsüzəm. Haqsız və ədalətsiz cəza… iki müxtəlif hiss doğurur: bəzilərində o cəsarət, digərlərində isə çaşqınlıq və karıxma, nevrastenik donuqluq və ümumi üzgünlüyə səbəb olur. Mənim yaşımda mənəvi və ruhi tənhalıq çox ağırdır. Tənhalıq məndə dəhşətli qüssə yaradır; evdə, qardaşımın ailəsində, axşamlar ailə ocağının başında gündən günə təkrarlanan tənhalıq. Belə vaxtlarda mənə elə gəlir ki, yer üzündə tək, tamamilə təkəm və çox zaman yuxularımda müxtəlif şəkil və obrazlarda gördüyüm sirli və qorxulu ağlasığmaz təhlükələrlə əhatə olunmuşam. Məni bir üşütmə, qüssə və qorxu titrətməsi tutur. Tək yaşadığın otaqlar necə də kədərli və səssizdir. Bu səssizlik təkcə cismimi deyil, həm də ruhumu sıxır və hər bir xışıltı, mebelin hər bir cırıltısı diksinməyə məcbur edir, çünki bu dərdli əhval-ruhiyyədə hər bir səs gözlənilməz olur. …11 may səhər Həlmə (Məmməd bəyin həyat yoldaşı) Sevil və Tamara ilə (Məmməd bəyin qızları) ilə birlikdə Keşləyə görüşə getdilər. Zəhra (Məmməd bəyin bacısı) da qardaşını uzaqdan belə görmək ümidi ilə onlarla getdi. Nuruşun (Məmməd bəyin oğlu) rus dilindən imtahanı olduğuna görə mən ona anası ilə getməyə icazə vermədim. Gündüz saat birə yaxın Həlmə görüşdən sonra mənim evimə qayıtdı və Tamara ilə birlikdə sadəcə hər iki tərəfi qıcıqlandıran 5 dəqiqə ərzində öz təəssüratları və söhbətləri haqqında danışdılar, lakin görüş istənilən halda sevimli insanı görmək və öpməklə müəyyən qədər məmnunluq yaratmışdı. Zəhra da qardaşını uzaqdan görə bilmişdi. Mən də iş üzrə yeniliklər öyrənməklə müəyyən məmnunluq hissi yaşayırdım, lakin CM-in 72 və 73-cü maddələri ilə tamamilə mövcud olmayan ittihamın mahiyyətinin sirliliyi məni çox çaşdırmışdı, ona Həlfin böhtan atmışdı. O ittihamı sübut olunmamış hesab etsə də, müdafiəçi götürməyi xahiş edir… Məmlinin hiss və əzabları hər gün mənim ürəyimi qanla doldurur. Biz azadlıqda həyəcan keçirir və hər cür məşəqqətlərə dözür, lakin yenə də mübarizə aparır, məsləhətləşir, bir birinə ürək-dirək veririk. O isə təkdir, üzgündür, şərlənmiş, əzilmiş, sınmış, heç bir əsas olmadan təhqir olunmuş və alçaldılmışdır… 24 noyabr 1938-ci il tarixində Moskvadan SSRİ Xalq komissarları sovetinin katibliyindən ərizəmizin AzSSR prokuroruna göndərilməsi və ora müraciət etməli olduğumuz haqqında bildiriş aldım. SSRİ prokuroru Vışinskidən cavab yoxdur. Buna görə də müdafiəçi Dagirov 11 sentyabr tarixində Vışinskiyə göndərdiyi şikayətin surətini göndərməklə yenidən sorğu etməyi vəd etdi… 20 dekabr tarixində Moskvaya SSRİ yeni Xalq daxili işlər komissarı Beriyaya şikayət göndərdim…" "…21 mart tarixində prokurorluqdan Tamaraya deyiblər ki, iş burada deyil və olmayacaq. Onunla xüsusi prokuror (soyadını bilmir) danışaraq demişdir ki, bunun keçmiş Müsavat polkovniki – topoqraf professor Əliyevin işi olduğunu bilir və bu iş Ali Məhkəməyə göndərilməyərək, XDİK-də həll ediləcək.
Gündəliyin sonuncu səhifəsində Məmməd bəyin şəxsən etdiyi qeyd var: "11 may 1939-cu il tarixində, gecə saat 12-də səni sevən Məmli evə qayıtdı".
1939–1967-ci illərdə
Professor Məmməd Əliyevin həyatında mühüm mərhələ 1944-cü ildən 1948-ci ilədək əvəzçilik üzrə Azərbaycan Elmlər AkademiyasınınCoğrafiya sektoru, daha sonra isə institutunun xəritəçəkmə şöbəsinin rəhbəri vəzifəsində iş olmuşdur. Onun rəhbərliyi və fəal iştirakı ilə Azərbaycan dilində indiyədək də öz elmi əhəmiyyətini itirməmiş bir sıra xəritə və atlaslar tərtib olunmuşdur. O, Azərbaycan SSR-nin 1963-cü ildə dərc edilmiş Kompleks atlasının müəlliflərindən biridir. Bu atlas xəritəçəkməsinin inkişafına qiymətli töhfə və xəritəçəkmə elmində böyük nailiyyətdir. O, Azərbaycan Respublikası Coğrafiya cəmiyyətinin fəaliyyətində fəal iştirak etmişdir.Professor Məmməd Əliyev 20 iyul 1967-ci ildə Bakı şəhərində vəfat etmişdir.[16]
1979-cu ildə Məmməd bəy Əliyev haqqında materiallar onun qızı, filoloq Sevil Əliyeva tərəfindən Azərbaycan tarix muzeyinə verilmişdir ki, onlar arasında da XX əsrin əvvəlləri geodeziya ölçü alətləri, M. Əliyevin Peterburq Hərbi-Topoqrafiya məktəbində təhsil aldığı dövrlərdə çəkilmiş fotoşəkli, elmi işləri və şəxsi əşyaları xüsusi maraq doğurmuşdur.
Elmi fəaliyyəti
XX əsrin 20-ci illərin sonu – 30-cu illərin əvvəllərində Azərbaycan ziyalılarının qarşısında duran ən ciddi məsələlərdən biri terminologiya məsələsi idi. Məmməd Əliyev tərəfindən 1928-ci ildə latın əlifbası ilə yazılmış dərslik Azərbaycan dilində geodeziya üzrə ilk dərslikdir, buna görə də bu məsələdə M. Əliyevin böyük xidmətlərini qeyd edərək, demək olar ki, o, Azərbaycan dilində geodeziya terminlərinin ilk yaradıcısıdır.
Məmməd Əliyevin elmi məqalələrindən danışaraq qeyd etmək lazımdır ki, onlar bu günə qədər aktual olan real geodeziya və xəritəçəkmə məsələlərini əhatə edirlər. Geodeziya üzrə işlər müxtəlif tematik məsələlər, məsələn, bazis ölçmələri, həndəsi və geodezik tarazlamanın dəqiqliyi, geodeziyanın geoloji-kəşfiyyat işlərinə tətbiqinə dair tədqiqatların əsas yer tutduğu mühəndis geodeziyasına həsr olunub. Topoqrafik xəritəçəkmə üzrə 1905-ci ildən 1924-cü ilədək bilavasitə onun tərəfindən 5000 km² ərazi müxtəlif miqyaslarda instrumental olaraq çəkilmiş, 2 və 3-cü sinif 40-a yaxın triqonometrik məntəqə trianqulyasiya olunmuş və hesablanmışdır. O zaman bütün hesablamaların əllə, hesablayıcı maşınlar tətbiq edilmədən aparıldığını nəzərə alsaq, M. Əliyev tərəfindən 18 topoqrafik xəritənin tərtib və dərc edilməsi üçün aparılmış bu işlərin genişliyini təsəvvür etmək olar. 1924-cü ildən sonrakı xəritəçəkmə ilə bağlı işlər əsasən xırda miqyaslı xəritələrin tərtib edilməsinə aiddir. Bu sahədə yerinə yetirilmiş işlərin tematikası xəritəçəkmənin müxtəlif məsələlərini əhatə edir ki, onlardan da ən dəyərlisi xırda miqyaslı xəritələrin riyazi əsaslandırılması ilə bağlı tədqiqatlardır, xüsusi olaraq, onun tərəfindən Azərbaycan Respublikasının xəritəsinin düzbucaqlı ekvivalent proyeksiyada riyazi əsası işlənib hazırlanmış, Azərbaycan Respublikasının müxtəlif miqyaslarda bir sıra tematik xəritələri və 1948-ci il atlası üçün xəritələr tərtib olunmuşdur.
Onun dərslikləri və dərs vəsaitləri dəfələrlə dərc və təkrar dərc olunmuşlar. Bu dərsliklər öz sadəliyi, tutumluluğu və eyni zamanda materialın dolğunluğu və ardıcıllığı ilə fərqlənirdi. Bir neçə nəsil mütəxəssis onun işləri ilə böyümüş, onun aramsız işi sayəsində yüzlərlə elmi işçi, yüksək ixtisaslı topoqraf, mühəndisgeoloq, neftçi, hidrotexnik, yol mühəndisi, inşaatçı və pedaqoji kadrlar hazırlanmışdır.
84 illik ömrünün 62 ilini professor Məmməd Əliyev əmək fəaliyyəti, 17 ilini istehsalat və 45 ilini elmi-pedaqoji fəaliyyətə sərf etmişdir. O 60-a yaxın əsər, 9 dərslik müəllifidir. Onun işlərinin natamam siyahısı:
[17]
Elmi əsərləri
Geodeziya (ali və orta ixtisas məktəbləri üçün). Bakı: Azərnəşr, 1928;
Geodeziya (ali və orta ixtisas məktəbləri üçün). Bakı: AABNİ, 1931;
Geodeziya təcrübələri. I-ci hissə (rus.Практика геодезии. Часть первая). Bakı: AQBNİ nəşriyyat, 1932;
Geodeziya təcrübələri. II-ci hissə (rus.Практика геодезии. Часть вторая). Bakı: AQBNİ nəşriyyat, 1933;
Geodeziya və topoqrafik rəsmxət. Bakı: Azərtədrisnəşr, 1961 (həmmüəllif);
Xatirəsi
ProfessorMəmməd Əliyevin fəaliyyəti yüksək qiymətləndirilmişdir. Azərbaycan elminin inkişafında xidmətlərinə görə o müxtəlif orden və medallara layiq görülmüş, o cümlədən, "Lenin" ordeni, "Rəşadətli əməyə görə" medal, Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanları ilə təltif olunmuş, dəfələrlə Bakı və rayon sovetlərinə deputat seçilmişdir. 1945-ci ildə ona Azərbaycanın əməkdar elm xadimi fəxri adı verilmişdir. Professor M. Əliyev tələbkar pedaqoq idi və tələbə və həmkarları arasında böyük nüfuz və sevgi qazanmışdı. M. Əliyevin keçmiş tələbə və həmkarlarının xatirələrinə görə, o bir müəllim kimi istər özünə, istərsə də tələbələrinə, eləcə də əməkdaşlarına qarşı çox sərt idi. Mühazirələrini həmişə sevərək və çox temperamentlə oxuyur, eyni zamanda nizam-intizamı çox sevirdi. O yaddaşlarda həmişə gözəl insan, əla alim və pedaqoq kimi qalacaq. Onun 75 illiyi və 100 illik yubileyi elmi-pedaqoji ictimaiyyət tərəfindən geniş qeyd olunmuşdur.
Respublikanın elm və ali məktəbinin inkişafına böyük töhfə vermiş əməkdar elm xadimi, görkəmli alim-pedaqoq, professor Məmməd bəy Hüseyn oğlu Əliyevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti 2 sentyabr 1991-ci il tarixində M. Əliyevin uzun illər yaşadığı Azadlıq küçəsi-3 ünvanında memorial lövhənin qoyulması və Gəncənin küçələrindən birinə Məmməd bəy Əliyevin adının verilməsi haqqında 292 saylı qərar qəbul etmişdir.
↑ M.Mərdanov,Ə.Tahirzadə.“1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar” ( Ensiklopedik soraq kitabı),VII cild,S.Bakı.-“Təhsil”,2022. 520 s.,Səh.293.
↑Азербайджанская Демократическая Республика (1918-1920). Армия. Документы и материалы). Баку. 1998. стр-87. Издательство «Азербайджан», 440 стр.
↑ “Официальный отдел. Действия правительства” //«Азербайджан», 29 апреля 1919 г. № 87. cтр.-1.
↑ Из приказа С.С. Мехмандарова о структуре Отдела генерал-квартирмейестера Главного управления Генерального штаба.№157 (опущен параграф о Военно-топографическом отделе)// Гянджа: 28 марта 1919 г.) Azərbaycan Respublikası Dövlət Arxivi, F. 2894, siy. 1, iş-4, vərəq-12
↑ Azərbaycan Respublikası Dövlət Arxivi,Fond-970, siy.1,iş-42,vərəq 10,14
↑ A. Rüstəmli. “İlk hərbi attaşemiz”// “Xalq qəzeti”, 28. 01. 1992. № 19 (21643),səh.-3.
↑ A.Rüstəmli,” Ədəbi istiqlalımız”. Bakı.-“Elm”.-2004.-382 s. Səh.94-101.
↑E. Qoca, Azərbaycan kəşfiyyatı və əks- kəşfiyyatı (1918-1920). Bakı.-“Elgün”.-2018. 88 s.,Səh.-24.
↑Əliyev Məhəmmədqasım Hüseyn oğlu // M. Mərdanov, Ə. Tahirzadə. 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar. C. 2 B-Ə. Bakı: Təhsil, 2019, səh. 400
Special elections to the 117th United States Congress For related races, see 2021 United States elections. 2021 United States House of Representatives elections ← 2020 March 20 – November 2, 2021 2022 → 6 of the 435 seats in the United States House of Representatives218 seats needed for a majority Majority party Minority party Leader Nancy Pelosi Kevin McCarthy Party Democratic Republican Leader since January 3, 2003 January 3, 2019 Leader's sea...
LampungProvinsiTranskripsi bahasa Lampung • Aksara LampungDari atas, kiri ke kanan; Tugu Siger, Rumah Nuwo Sesat, Pulau Pahawang, Gunung Anak Krakatau, Harimau sumatra di Bukit Barisan, Penari Bedana, Pantai Gigi Hiu Tanggamus, dan Pelabuhan Bakauheni. BenderaLambangMotto: Sang bumi ruwa jurai(Lampung) Satu wilayah yang ditinggali oleh dua masyarakat adat Lampung yaitu Saibatin dan PepadunPetaNegara IndonesiaDasar hukum pendirianUndang-undang Nomor 14 Tahun 1964Hari...
Artikel ini bukan mengenai Kalium kromat. Kalium dikromat Nama Nama IUPAC Kalium dikromat(VI) Nama lain kalium bikromat bichromate of potash dikalium dikromat asam dikromat, garam dikalium asam kromat, garam dikalium lopezit[1] Penanda Nomor CAS 7778-50-9 Y Model 3D (JSmol) Gambar interaktif 3DMet {{{3DMet}}} ChEMBL ChEMBL1374101 ChemSpider 22910 Y Nomor EC PubChem CID 24502 Nomor RTECS {{{value}}} Nomor UN 3288 CompTox Dashboard (EPA) DTXSID5025948 InChI InChI=1S/2Cr.2K.7O/...
Портрет графині Юлії Самойлової з вихованкою Джованіною Пачіні та арапчатком Автор Карл Брюллов Час створення 1832—34 Матеріал Полотно Техніка Олійний живопис Місцезнаходження Музей Хіллвуд (Вашингтон, Сполучені Штати Америки) «Портрет графині Юлії Самойлової з вихованк
Coordenadas: 46° 31' N 12° 52' E Sutrio Comuna Localização SutrioLocalização de Sutrio na Itália Coordenadas 46° 31' N 12° 52' E Região Friuli-Venezia Giulia Província Udine Características geográficas Área total 21 km² População total 1 384 hab. Densidade 66 hab./km² Altitude 570 m Outros dados Comunas limítrofes Arta Terme, Cercivento, Lauco, Ovaro, Paluzza, Ravascletto, Zuglio Código ISTAT 030112 Código posta...
Меморіальні, анотаційні та охоронні дошки Чернівців — перелік та характеристики меморіальних, анотаційних та охоронних дощок, встановлених на будинках міста Чернівці[1]. Цитата: «Минулого року міські владники полічили усі меморіальні дошки і знаки у Чернівцях. Нарах
Municipality in Southern Denmark, DenmarkKolding Municipality Kolding Kommune (Danish)MunicipalityThe rådhus (city hall), where the municipal council convenes. Coat of armsCoordinates: 55°29′N 9°28′E / 55.49°N 9.47°E / 55.49; 9.47CountryDenmarkRegionSouthern DenmarkSeatCity of KoldingGovernment • BodyMunicipal council • MayorKnud Erik Langhoff (Conservative People's Party)Area[1] • Total604.5 km2 (233.4...
Ini adalah nama Tionghoa; marganya adalah Hong. Hong XiuquanBerkuasa11 Januari 1851 – 1 Juni 1864Pendahulu(tidak ada)PenerusHong TianguifuKelahiran(1814-01-01)1 Januari 1814Distrik Huadu, Guangdong, QingKematian1 Juni 1864(1864-06-01) (umur 50)Tianjing, Kerajaan Surgawi TaipingWangsaHouse of HongNama lengkapHong Xiuquan 洪秀全Nama dan tanggal periode太平天囯: 11 Januari 1851 – 1 Juni 1864AyahHong Jingyang洪競揚IbuWang-shi王氏AnakHong Tianguifu, Raja Surgawi Perdamaia...
Indian actor Shreyas TalpadeTalpade at the audio release of Om Shanti Om (2007).Born (1976-01-27) 27 January 1976 (age 47)Mumbai, Maharashtra, IndiaEducationMithibai CollegeOccupationsActorDirectorProducerVoice Over ArtistYears active1995–presentSpouse Deepti Talpade (m. 2004)ChildrenAadya TalpadeRelativesJayshree Talpade (aunt) Shreyas Talpade (born 27 January 1976) is an Indian actor, film director and producer who appears in Hindi and Marathi film...
Folk dance from Telangana This article needs additional citations for verification. Please help improve this article by adding citations to reliable sources. Unsourced material may be challenged and removed.Find sources: Oggu Katha – news · newspapers · books · scholar · JSTOR (June 2007) (Learn how and when to remove this template message) Oggu Dolu performance in 2023 at Hyderabad Oggu Katha or Oggukatha is a traditional folklore singing, praising an...
Fuente de las Tres Gracias o Fuente de las Ninfas Glorieta y fuenteAutor Jean-Baptiste-Jules Klagmann[1]Constructor Antoine DurenneCreación Siglo XIXUbicación Plaza del General Torrijos, Málaga, España EspañaEstilo NeoclásicoMaterial Hierro fundidoCoordenadas 36°43′14″N 4°24′45″O / 36.72045393, -4.412556432[editar datos en Wikidata] La fuente de las Tres Gracias o fuente de Las Tres Ninfas se encuentra en la ciudad española de Málag...
t.me redirects here. Not to be confused with TME. Cross-platform encrypted instant messaging service Telegram MessengerScreenshot Telegram running on iOS, screenshot taken in 2019Developer(s)Telegram FZ LLCTelegram Messenger Inc.Initial release14 August 2013; 10 years ago (2013-08-14)Repositorygithub.com/telegramdesktop/tdesktop Written inDesktop: C++, C, Java, Python Android: Java iOS: SwiftPlatformAndroid, iOS, Windows, Windows Phone, macOS, Linux, Web platform, Wear OS, W...
Science fiction novel series by Kevin J. Anderson Not to be confused with the series with the same name by Jeffrey Brown and Jarrett J. Krosoczka. This article describes a work or element of fiction in a primarily in-universe style. Please help rewrite it to explain the fiction more clearly and provide non-fictional perspective. (June 2014) (Learn how and when to remove this template message) Cover of the first book The Jedi Academy trilogy is a trilogy of science fiction novels set in the St...
Recurring festival in Sydney, Australia Vivid SydneyCircular Quay during Vivid 2015GenreExhibitionFrequencyAnnualLocation(s)SydneyYears active12Inaugurated2009Most recent26 May 2023 – 17 June 2023Attendance3.28 million (2023)Patron(s)City of SydneyWebsitewww.vividsydney.com Vivid Sydney is an annual festival of light, music and ideas, held in Sydney, Australia. It includes outdoor immersive light installations and projections, performances by local and international musicians, and an ideas ...
Penampilan Elaiza saat membawakan lagu Is It Right pada malam seleksi tingkat nasional di Jerman. Jerman adalah salah satu negara yang berkompetisi dalam Kontes Lagu Eurovision 2014 di Kopenhagen, Denmark. Delegasi Jerman diwakili oleh penyanyi muda bernama Elżbieta Steinmetz atau dikenal dengan nama panggung Elaiza. Elaiza menyanyikan lagu Is It Right yang diciptakan oleh dirinya sendiri dengan bantuan dari Frank Kretschmer, dan Adam Kesselhaut.[1] Organisasi penyiaran Jerman ARD be...
Ця стаття потребує додаткових посилань на джерела для поліпшення її перевірності. Будь ласка, допоможіть удосконалити цю статтю, додавши посилання на надійні (авторитетні) джерела. Зверніться на сторінку обговорення за поясненнями та допоможіть виправити недоліки. Мат...
У Вікіпедії є статті про інших людей із прізвищем Робінсон. Samantha Henry-RobinsonЗагальна інформаціяНаціональність ямайкаГромадянство ЯмайкаНародження 25 вересня 1988(1988-09-25) (35 років)КінгстонЗріст 163 смВага 58 кгСпортКраїна ЯмайкаВид спорту легка атлетика Участь і здобутки ...
This article needs additional citations for verification. Please help improve this article by adding citations to reliable sources. Unsourced material may be challenged and removed.Find sources: Berlin Storkower Straße station – news · newspapers · books · scholar · JSTOR (August 2010) (Learn how and when to remove this template message) Storkower StraßeHpPlatform viewGeneral informationLocationStorkower Straße, FennpfuhlHermann-Blankenstein-Straße...
Train station in Tennessee RiverfrontA commuter train at Nashville Riverfront in 2013.General informationLocation108 South 1st AvenueNashville, TennesseeLine(s)Nashville and Eastern RailroadPlatforms1 side platformTracks1ConnectionsMTA Bus: Routes 25, 93 and Music City CircuitConstructionBicycle facilitiesMetro Nashville Green BikesAccessibleYesHistoryOpenedSeptember 18, 2006Services Preceding station WeGo Star Following station Terminus East Corridor line Donelsontoward Lebanon Riverfront st...