Məmməd bəy Qazıyev

Məmməd bəy Qazıyev
Məmməd bəy Lütfəli bəy Qazıyev
Doğum tarixi
Doğum yeri İrəvan, İrəvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası
Vəfat tarixi
Atası Lütfəli bəy Qazıyev
Təhsili
Fəaliyyəti pedaqoq

Məmməd bəy Lütfəli bəy Qazıyev (1867, İrəvan1909) — Azərbaycan müəllimi. Uluxanlı məktəbinin müdiri.

Həyatı

1882–1886-cı illərdə İrəvan müəllimlər seminariyasında oxumuşdur.[1] Uluxanlı normal məktəbinə ikinci müəllim təyin olunmuşdur. Xəstəliyinə görə 1887-ci ildə vəzifəsindən azad edilmişdir. 1888-ci ildən Baş Noraşen ikisinifli məktəbinin müdiri kimi fəaliyyət göstərmişdir. Bu məktəbdə o, Cəlil Məmmədquluzadə ilə birlikdə pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Onların birgə səyi, Baş Noraşen məktəbində müəllimlərin və şagirdlərin iştirakı ilə tamaşa hazırlanıb göstərilmiş, əldə edilən 40 manat vəsait isə yoxsul şagirdlər üçün sərf edilmişdir. Bu nəcib işinə görə Qafqaz Təhsil Dairəsinin rəisi Qazıyevə yazılı təşəkkür vermişdir.

Məmməd bəy 1896-cı ildən ömrünün sonunadək Uluxanlı məktəbində nəzarətçi kimi çalışmışdır. Maarif sahəsindəki xidmətlərinə görə üçüncü dərəcəli "Müqəddəs Anna" ordeni ilə təltif olunmuşdur.

İstinadlar

  1. Fərrux Rüstəmov. İrəvan Müəllimlər Seminariyası və onun məzunları (PDF). Bakı: Elm və təhsil. 2022. səh. 163. ISBN 978-9952-5455-010.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!