Məmməd Tahirov |
---|
Məmməd Məmmədxəlil oğlu Tahirov |
Təxəllüsü |
Məmməd Tahir |
Doğum tarixi |
15 iyun 1955(1955-06-15) (69 yaş) |
Doğum yeri |
|
Milliyyəti |
Azərbaycanlı |
Təhsili |
Naxçıvan Dövlət Pedaqoji Universiteti |
İxtisası |
Dil və Ədəbiyyat |
Fəaliyyəti |
yazıçı |
Əsərlərinin dili |
Azərbaycanca |
Üzvlüyü |
|
Məmməd Məmmədxəlil oğlu Tahirov (15 iyun 1955, Kəngərli rayonu, Naxçıvan Muxtar Respublikası) — 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. "Ədəbiyyat qəzeti"ndə, "Azərbaycan" jurnalında, "525-ci qəzet"də çıxış edir.[1]
Həyatı
1955-ci il, iyun ayının 15-də Naxçıvan Muxtar Respublikası Kəngərli (keçmiş Şərur) rayonunun Xok kəndində anadan olub.[2] 1977–1982-ci illərdə Saatlı rayon Mollavaizli kənd məktəbində dil-ədəbiyyat müəllimi işləyib.
Təhsili
1962–1972-ci illərdə Xok kənd orta məktəbində orta təhsil alıb. 1973-cü ildə Naxçıvan Dövlət Pedoqoji Universitetinin Dil-ədəbiyyat şöbəsinə daxil olub, 1977-ci ildə bitirib.[3]
Fəaliyyəti
1985–1989-cu illərdə "Şərq Qapısı qəzetində,1989–1990-cı illərdə "Azərbaycan" qəzetinin Naxçıvan üzrə xüsusi müxbiri, 1991–99-cu illərdə Naxçıvan Televiziyasında redaktor, Böyük redaktor, şöbə müdiri vəzifələrində işləyib. 1999–2021-ci illərdə təhsil sahəsində çalışıb.
Yaradıcılığı
"Düşür" adlı ilk şeiri 1972-ci ilin mart ayında Şərur rayonunun "İşıqlı yol" qəzetində çap olunub. 1973-cü il fevral ayında "Mən fəhləyəm" adlı şeiri "Şərq qapısı" qəzetində çap olunub.1973–77-ci illərdə "Şərq qapısı" və Naxçıvan televiziyasında müntəzəm olaraq şeirləri ilə çıxış edib. 1977–82-ci illərdə Saatlı rayonunda müəllim işləyə-işləyə ədəbi yaradıcılığını "Dönüş" qəzetində davam etdirib. 1984-cü ildə "Yazıçı" nəşriyyatında çapdan çıxan Naxçıvan yazıçılarının əsərlərindən ibarət olan "Araz" adlı almanaxda onun də şeirləri yer alıb. Türkiyədə, İranda çıxan ədəbi almanaxlarda da şeirləri çap olunub. İlk kitabə "Yazıçı" nəşriyyatının tematik planına salınıb, lakin o illərdə sovet quruluşunun dağılmasından sonra nəşriyyat maddi vəsait üzündən bir çox qələm sahibləri kimi, onun da kitabınin taleyi uğursuz olub.
Kitabları
- "Vətən, məni qınama"-Şeirlər-700 tiraj-1998."Şirvannəşr"
- "Yurdum-and yerim"-Şeirlər-500 tiraj-1999."Yurd" nəşriyyatı. Naxçıvan Yazıçılar Birliyinin vəsaiti hesabına.
- "Yaz nağılı"-Uşaqlar üçün şeirlər.500 tiraj."Nurlan" 2000
- "Yol ver keçim, dünya, səndən-Şeirlər və poema.500 tiraj.2002 "Nurlan"
- "Den koqda ya vernus" Rus dilində şeirlər.300 tiraj."Nurlan" 2005. Tərcümə edəni Rövşən Qafarov.
- "Könlüm came qapısı"-şeirlər, poemalar və mənzum pyes.500 tiraj."Elm və təhsil" 2012.
- "Bir azdan günəş doğacaq"-Şeirlər-"Elm və təhsil"-500 tiraj-2013.
- "Könül verdiyim dünya"-Şeirlər və poemalar-300 tiraj-"Qanun" 2022[4][5]
Mükafatları
2016-cı ildə"Rəsul Rza fondu" tərəfindən Xalq şairi Rəsul Rzanın xatirəsinə həsr etdiyi "Çinarlar yola baxır" poemasına görə "Rəsul Rza mükafatı laureatı" adına layiq görülüb.[6]
İstinadlar