1953–1960-cı illərdə zavodda mühəndis-konstruktor, sex rəisi, baş mühəndis və direktor vəzifələrində çalışmışdır.
Elmi fəaliyyəti
Göndərişlə 1963-cü ildə Azərbaycan və Ukrayna Elmlər Akademiyasının Mexanika İnsitunun aspiranturasını bitirmişdir. 1965-ci ildə Texnika elmləri namizədi olub. 1966-cı ildən Azərbaycan. Texniki Unversitetində işləyir; 1981–1992-ci illərdə universitetin metalkəsən dəzgahlar və alətlər kafedrasının müdiri olmuşdur. 1992-ci ildən həmin kafedranın professorudur. 100-dən çox elmi məqalənin, dərslik, tədris vəsaiti, metodik göstəriş və ixtiraların müəllifidir.