Məmməd Qasımov |
Doğum tarixi |
1904 |
Vəfat tarixi |
1966 |
Elm sahəsi |
biologiya |
Elmi dərəcəsi |
Biologiya elmləri doktoru |
Elmi adı |
Professor |
İş yerləri |
BDU Ali bitkilərin morfologiya və sistematikası |
Təhsili |
ADPU-nun Təbiət şöbəsi |
Mükafatları |
|
Məmməd Əhməd oğlu Qasımov (1904 – 1966) — Biologiya elmləri doktoru, professor
Həyatı
Məmməd Qasımov 1904-cü il aprel ayının 14-də anadan olmuşdur. O, 1926-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təbiət şöbəsinə daxil olmuşdur. 1930-cu ildə Universiteti bitirdikdən sonra, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Botanika kafedrasında assistent, 1937-ci ildə isə Zaqafqaziya Pambıqçılıq İnstitutunda dosent əvəzi kimi fəaliyyətə başlamışdır. Məmməd Qasımov 1937-ci ildə Bakı Dövlət Universitetinin Ali bitkilərin morfologiyası və sistematikası kafedrasına dosent əvəzi vəzifəsinə götürülmüşdür. Məmməd Qasımov elə həmin il elmi xidmətlərinə və elmi əsərlərinə görə müdafiə etmədən ona biologiya elmləri namizədi elmi dərəcəsi və dosent elmi rütbəsi verilmişdir. Məmməd Qasımov 1947-ci ildən Ali bitkilərin morfologiya və sistematikası kafedrasının müdiri olmuş və bu vəzifədə 1966-cı ilədək çalışmışdır. O, 1955-ci ildə Leninqrada SSRİ EA-nın akad. V. A. Komarov adına Botanika İnstitutuna doktoranturaya ezam olunmuş və 1959-cu ildə həmin institutda doktorluq dissertasiyası müdafiə etmişdir. Məmməd Qasımovun apardığı tədqiqatlar nəticəsində elm üçün yeni olan və İsitməotu (Erysimum L.) cinsinin Azərbaycan ərazisində yayılan növləri tədqiq olunmuş, onların tərkibindən bioloji fəal maddələr alınmış və tibdə tətbiq sahələri öyrənilmişdir. O, botanikaya aid bir sıra dərslik və dərs vəsaitlərinin müəllifidir.
Təltifləri
Məmməd Qasımov "Qırmızı Əmək Bayrağı" ordeni, "Əmək fəaliyyətinə görə", "Qafqazın müdafiəsinə görə", "Böyük Vətən müharibəsi illərində əmək fəaliyyətinə görə" medalları ilə təltif olunmuşdur.[1]
İstinadlar
- ↑ Bakı Dövlət Universitetinin professorları. — Bakı, 2014