Məmməd Nəsir oğlu Nəsirli (d.24. 10. 1911, Naxçıvan ş. - ö.1979, Bakı) — etnoqraf.
Fəaliyyəti
- 1933-1946-cı illərdə orduda xidmət etmiş, Xalxin-Qol döyüşlərində və Böyük Vətən müharibəsi (1941-45) cəbhələrində vuruşmuşdur.
- 1951-ci ildə Azərbaycan Dövlət Unversitetinin (indiki BDU) şərqşünaslıq fakültəsini bitirmişdir
- 1954-cü ildə SSRİ EA Etnoqrafiya İnstitutunun (Moskva) aspiranturasını bitirmişdir.
- 1954-cü ildə Azərbaycan Milli EA Tarix Muzeyində, sonralar isə Tarix İnstitutunda çalışmışdır.[1]
- 1960-cı ildə Tarix elmləri namizədi olmuşdur.
Əsərləri
Respublikanın ilk etnoqraflarından olan Məmməd Nəsirli Azərbaycan, o cümlədən Naxçıvan etnoqrafiyasının öyrənilməsi sahəsində çox iş görmüşdür.
- Məmməd Nəsirli ilk dəfə olaraq Azərbaycan yaşayış evləri və məskənlərinin tipologiyası məsələlərini tədqiq etmiş.
- “Nax. MSSR-in xalq yaşayış məskənləri və yaşayış evləri” (B., 1959)
- “Azərbaycan SSR Şəki-Zaqatala zonası əhalisinin yaşayış evləri” (B., 1975)[1]
Ekspedisiyalar
Ekspedisiyalar zamanı topladığı zəngin materiallar əsasında “Məskənlər və yaşayış evləri” mövzusu üzrə tarixi-etnoqrafik atlas hazırlamışdır. Bir sıra ümumittifaq və respublika elmi məclislərində məruzələr etmişdir.
Həmçinin bax
İstinadlar