Məmməd Məmmədzadə

Məmməd Məmmədzadə
Salyan Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri
Şəxsi məlumatlar
Doğum tarixi 1914
Doğum yeri
Vəfat tarixi bilinmir
Hərbi xidmət
Döyüşlər

Təltifləri Sosialist Əməyi Qəhrəmanı
"Lenin" ordeni "Qırmızı ulduz" ordeni "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "Berlinin alınmasına görə" medalı "Varşavanın azad edilməsinə görə" medalı

Məmməd İbrahim oğlu Məmmədzadə (1914, Salyan, Cavad qəzasıbilinmir) — Azərbaycan zootexniki və dövlət xadimi, Sosialist Əməyi Qəhrəmanı (1949), Salyan Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, Azərbaycan SSR Ali Sovetinin IV çağırış deputatı.

Həyatı

Məmməd İbrahim oğlu Məmmədzadə 1914-cü ildə Salyan şəhərində anadan olmuşdur. Orta məktəbdə oxuyarkən, 1927-ci ildə komsomol üzvü olmuşdur. 1932-ci ildə Salyan Pedaqoji Məktəbini bitirmiş və 1935-ci ilədək Salyanda yeddiillik məktəbdə məktəbdə müəllim işləmişdir. 1935-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olmuş, 1940-cı ildə buranın Zootexnika fakültəsini bitirdikdən sonra Astraxanbazar rayonunda baş zootexnik işləmişdir.[1]

Böyük Vətən müharibəsi başlanan zaman Məmməd Məmmədzadə Fəhlə-Kəndli Qırmızı Ordusu tərkibində SSRİ-nin bir sıra şəhərləri, habelə VarşavaBerlin uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Həmin illərdə "Qırmızı ulduz" ordeni, "Qafqazın müdafiəsinə görə", "Varşavanın azad edilməsinə görə", "Berlinin alınmasına görə" və "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalları ilə təltif edilmişdir. 1946-cı ildə ordudan tərxis edildikdən sonra öz işinə qayıtmış, 1948-ci ilədək Masallı rayonunda baş zootexnik işləmiş, 1948-ci ildə isə Masallı Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin Kənd təsərrüfatı şöbəsinin müdiri təyin edilmişdir.[1]

SSRİ Ali Soveti Rəyasət Heyətinin 1 iyul 1949-cu il tarixli Fərmanına əsasən 1948-ci ildə yüksək miqdarda tütün məhsulunun əldə edilməsindəki nailiyyətlərinə görə Məmməd Məmmədzadəyə "Lenin" ordeni və "Oraq və çəkic" qızıl medalı təqdim edilməklə "Sosialist Əməyi Qəhrəmanı" adı verilmişdir.[2]

Məmməd Məmmədzadə sonrakı illərdə Salyan Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, Salyan Kənd Təsərrüfatı Texnikumunun, Şirvan Dövlət Qoruğunun direktoru və başqa vəzifələrdə çalışmışdır. 1974-cü ildən ittifaq əhəmiyyətli təqaüdçü olmuşdur.[3]

İstinadlar

  1. 1 2 Мәммәд Ибраһим оғлу Мәммәдзадә // Альбом биографий депутатов Верховного Совета Азербайджанской ССР. 1955. Бакы. 1956. С. 204.
  2. О присвоении звания Героя Социалистического Труда передовикам сельского хозяйства Азербайджанской ССР // Ведомости Верховного Совета СССР (rus). № 37 (584). 29 июля 1949. С. 2.
  3. Мәммәдзадә Мәммәд Ибраһим оғлу // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VI ҹилд: КубаМисир. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1982. С. 497.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!