Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax:
Məmməd Məmmədov.
Məmməd Məmmədov |
Doğum tarixi |
5 may 1941(1941-05-05) (83 yaş) |
Doğum yeri |
|
|
Təltifləri |
|
Məmməd Məmmədov (tam adı:Məmmədov Məmməd Əhməd oğlu) — Azərbaycanlı iqtisadçı; Azərbaycan Respublikası Əmanət Bankının Prezidenti (1985–1993), Azərbaycan SSR əməkdar iqtisadçısı (30.01.1991)[1]; Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin sədri (13.01.1993–13.03.2020)
Həyatı
5 may 1941-ci ildə Azərbaycan Respublikasının Tovuz rayonunda anadan olmuşdur. Orta təhsilini Tovuz rayonunda başa vurmuşdur. 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin Maliyyə-Kredit fakültəsinə daxil olmuş və 1965-ci ildə həmin universiteti bitirərək iqtisadçı ixtisası almışdır.
1966-cı ilin fevral ayından 1972-ci ilin noyabr ayınadək Bakı şəhəri Binəqədi rayon Əmanət bankının müdiri vəzifəsində işləmişdir. 1972-ci ilin noyabr ayından 1985-ci ilin aprel ayınadək Bakı şəhəri Əmanət Bankının rəisi vəzifəsində işləmişdir.
1985-ci ilin aprel ayından 13 yanvar 1993-cü ilədək Azərbaycan Respublikası Əmanət Bankının (indiki Kapital Bank) Prezidenti vəzifəsində işləmişdir.
13 yanvar 1993-cü ildə Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilmişdir.
2 mart 1995-ci ildə Dövlət Aqrar İslahat Komissiyasının üzvü təyin edilib.[2]
13 mart 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin sədri vəzifəsindən azad edilib.[3]
Ailəsi
Ailəlidir. İki oğlu, bir qızı və yeddi nəvəsi vardır. Hər üç övladı ali təhsil almışdır.
Mükafatları
23 dekabr 1982-ci ildə Azərbaycan SSR Ali Sovetin Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.
30 yanvar 1991-ci ildə Azərbaycan Sovet Sosialist Respublikası Prezidentinin 151 nömrəli Fərmanı ilə Azərbaycan SSR əməkdar iqtisadçısı[1] fəxri adı verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 3 may 2011-ci il tarixli Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif olunmuşdur.
İstinadlar
Mənbə