Məmməd Məmmədov (hərbçi)

Məmmədov Məmməd
Məmmədov Məmməd Cəbrayıl oğlu
Doğum tarixi 1920
Doğum yeri
Vəfat tarixi 24 yanvar 1945(1945-01-24)
Vəfat yeri
Dəfn yeri
Milliyyəti azərbaycanlı
Fəaliyyəti hərbi qulluqçu
Mükafatları Sovet İttifaqı Qəhrəmanı
"Lenin" ordeni

Məmmədov Məmməd Cəbrayıl oğlu (1920, Baydarlı24 yanvar 1945, Ratovise[d], Aşağı Sileziya voyevodalığı[d]) — Sovet İttifaqı Qəhrəmanı[1].

Həyatı

Məmməd Məmmədov 1920-ci ildə Qax rayonunun Qaşqaçay kəndində anadan olmuşdur. Orta təhsilini Qax rayonu Baydarli kənd məktəbində almış və 7-ci sinfindən sonra Nuxa Pedaqoji Məktəbinə daxil olaraq 1939-cu uldə oranı bitirmişdir. Sonralar Qax rayonunun Almalı kənd orta məktəbində müəllim işləmişdir.

Böyük Vətən Müharibəsində faşizmə qarşı qəhrəmanlıqla vuruşmuşdur. 1945-ci ilin yanvarında Almaniya ərazisindəki döyüşlərdə xüsusilə fərqlənmişdir. Yanvar ayının 22-də döyüş meydanından 4 yaralı əsgəri çıxarmış, yanvarın 23-də isə Qızıl Ordu komandirinin və 16 yaralının həyatını xilas etmişdir. 24 yanvarda Məmməd yaralılara kömək etmək məqsədilə almanlardan yenicə geri alınmış evə daxil olaraq faşistlərlə vuruşmağa başladı. Bu ev iki küçənin kəsişməsində yerləşdiyindən alman müdafiəsi uçun böyük əhəmiyyət kəsb edirdi. Odur ki, binaya yönəldilmiş əks-hücumun ardı-arası kəsilmirdi. Bir müddət sonra binanı qoruyan sovet əsgərləri arasında əlində silahı tutmağa gücü olan heç kim qalmadı. Məmməd Məmmədov yaralı əsgərlərin mütəmadi güllə ilə təchiz etdikləri avtomatla pəncərədən düşmənə atəş açmağa başladı. Məmməd 40 nəfər düşmən əsgər və zabitini məhv edərək, əsgər dostlarının həyatını xilas edən zaman döyüş meydanında həlak oldu.

Qax şəhərində qəhrəmanın adını əbdiləşdirmək üçün büstü qoyulmuşdur.

Həyatı

1920-ci ildə Qax rayonunun Baydarlı kəndində anadan olmuşdur. Orta təhsilini Qax rayonu Baydarlı kənd məktəbində almış və 7-ci sinfindən sonra Nuxa Pedaqoji Məktəbinə daxil olmuş və 1939-cu ildə oranı bitirmişdir. Sonralar Qax rayonunun Almalı kənd orta məktəbində müəllim işləmişdir.

Ordu həyatı

10 oktyabr 1940-cı ildə Qax RHK-dan Qızıl Ordu sıralarına çağrılır[2]. Baş serjant Məmməd Məmmədov Böyük Vətən muharıbəsi başlayandan cəbhə xəttində olur. 1295-ci atıcı alayın sanitariya təlimatçısı kimi xidmət etmişdir.

Qəhrəmanlığı

1945-ci ilin yanvarında Almaniya ərazisindəki döyüşlərdə xüsusilə fərqlənmişdir. Yanvar ayının 22-də döyüş meydanından 4 yaralı əsgəri çıxarmışdır. Yanvarın 23-də isə Qızıl Ordu komandirini və 16 yaralının həyatını xilas etmişdir. 24 yanvarda Məmməd yaralılara kömək etmək məqsədilə almanlardan təzəcə geri alınmış evə daxil olmuşdur. Bu ev iki küçənin kəsişməsində yerləşdiyindən alman müdafiəsi uçun böyük əhəmiyyət kəsb edirdi. Odur ki, binaya yönələnmiş əks-hücumun ardı-arası kəsilmirdi. Bir müddət sonra binanı qoruyan sovet əsgərləri arasında əlində silahı tutmağa gücü olan heç kim qalmadı. Saninstruktor Məmmədov yaralı əsgərlərin mütəmadi güllə ilə təchiz etdikləri avtomatla pəncərədən düşmənə atəş açmağa başladı. Məmməd 40 nəfər düşmən əsgər və zabitini məhv edərək, əsgər dostlarının həyatını xilas edən zaman döyüş meydanında həlak oldu.

Fəxri adı

SSRİ Ali Soveti Rəyasət Heyətinin 10 aprel 1945-ci il tarixli Fərmanı ilə Məmmədov Məmməd Cəbrayıl oğlu ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür[3].

İstinadlar

  1. "Мамедов Мамед Джебраилович". 2017-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-10-12.
  2. Azərbaycan Respublikası Xatirə Kitabı, X cild. səh.58.
  3. Azərbaycan Respublikası Xatirə Kitabı, X cild. səh.58.

Mənbə

  • Şiruyə Həsənoğlu "Ağlama bülbül, ağlama", Gəncə-1994. ("Ürəyinə sığındı" şeiri) səh.220–221
  • Sərraf Şiruyə "Seçilmiş əsərləri"-VII cild, Nurlan. ("Ürəyinə sığındı" şeiri) səh.

Xarici keçidlər

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!