Məhəmməd İsmayıl Əbd ən-Nəsiri — (?-?) — Xəttat. Naxçıvan xəttatlıq məktəbinin nümayəndəsidir. Adı Ordubad şəhərindəki mədrəsə kompleksinin giriş qapısının baş tərəfində, göy kaşı üzərində sarı rənglə yazılmış kitabələr vasitəsilə elmi dövriyyəyə daxil edilmişdir. Hicri 1126 (1714) ildə yazılmış bu kitabələrin tarixinə əsasən məlum olur ki, öz peşəsinin mahir ustası olan, xəttatlıq sənətinin incəliklərinə yiyələnən Məhəmməd İsmayıl Əbd ən-Nəsiri 17 yüzilliyin 2 yarısı-18 yüzilliyin 1 yarısında yaşamışdır[1].
İstinadlar
- ↑ "Naxçıvan abidələri ensiklopediyası", Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 298.