Lütfən, məqalələrin əlaqələndirilməsinə kömək etmək üçün mövzuya uyğun başqa səhifələrə daxili keçidlər əlavə etməklə bu məqaləni təkmilləşdirməyə kömək edin.(fevral 2023)
Sultan Qiyasəddin Məhəmməd bəy Ərətna bəy oğlu Uyğur (1352-1354) — Ərətna bəyliyinin ikinci sultanı.
Həyatı
Əlaaddin Ərətna bəyin ölümündən sonra, bəyliyin irəli gələn əmirlərinin ittifaqiyla kiçik oglu Məhəmməd bəy hökmdar oldu. Qiyasəddin ünvaniyla bəyliiin başina keçən Məhəmməd bəy, bilxassə vəziri Xoca Əlişahin taəhrikiylə böyük qardaşı Cəfər bəyi həbs etdirdi. Vəzir Xoca Əli, Məhəmməd bəyin hələ çox kiçik yaşda olmasindan da istifadə edərək deövlət idarəsində söz sahibi olmağa başladi. Ayrica Ərətnanin ölümünü fürsət bilən türkman tayfaları üsyan etdikləri kimi, cənubda Zülqədəroğulları da Ərətna bəyliyi əleyhinə sinirlarini genişlətməyə başlamişdilar. Buna rəgmən Zülqədər bəyi Qaraca bəy, Məmlüklülərlə apardigi mücadilədə məğlub olunca Qiyasəddin Məhəmməd bəyə iltica etmək zorunda qaldi. Ancaq Məmlük sultanından çəkinən Məhəmməd bəy, sultanın istəyi üzərinə Qaraca bəyi Hələbe göndərdi. Oradan Misirə götürülən Zülqədər əmiri Qaraca bəy, orda edam edildi.
Bu sirada Məmlüklülərin Malatya valisi, Ərətna bəyliyi və Zülqədəroğullari torpaqlarina hücuma keçirdilər. Buna görə Qiyasəddin Məhəmməd bəy ilə Zülqədərlər birləşərək Malatya valisi üzərinə yürüdülər ve onu məglub edərək ortadan qaldirdilar.
Qiyasəddin Məhəmməd bəy, atasi kimi təcrübəli olmadigi üçün ölkə daxilində üsyanlar baş verir, xalqda umumi bir itaətsizlik və basiboşlukq yaşanırdı. Ayrica üləma və əmirlərin də əleyhinə dönməsi görə Məhəmməd bəy, ölkesini terk edərək Qaramanogullarının mərkəzi Konyaya siginmaq zorunda qaldi(1354). Bu gelisməyə görə vəzirlər və dövlət böyüklərinin qərariyla böyük qardaşı Cəfər bəy, Ərətna bəyliyinin taxtına çixarildi.