Məhəmməd Verdizadə |
---|
Məhəmməd Səfər oğlu Verdizadə |
Digər adı |
Məmməd Verdiyev |
Doğum tarixi |
1959 |
Doğum yeri |
|
Fəaliyyəti |
aktyor |
Təhsili |
|
IMDb |
ID1142983 |
Məhəmməd Verdizadə — Azərbaycan aktyoru.
Həyatı
Məhəmməd Verdizadə 1959-cu ildə Kəlbəcərdə anadan olmuşdur. Üç yaşında ikən ailəvi Laçına, oradan Yardımlıya köçmüş, buna görə də orta təhsilini 8-ci sinfə qədər Yardımlıda alıb. Şamaxıya köçdükdən sonra orta məktəbi orada bitirir. Əvvəlcə Xalq Təsərrüfatı İnsitutunda oxumağa başlayan aktyor, sonrada burada təhsilini yarımçıq qoyub İnsəcənət İnstitutuna daxil olur. 1976-1980-ci illərdə həmin institutda təhsil alır.[1] Hələ II kursda oxuyarkən "Babək" filminin foto sınağında iştirak etmişdir. Çəkilişlər başlayan zaman Məhəmməd Verdiyev artıq III kursda təhsil alırdı. İnstitutu bitirdikdən sonbra bir müddət orada dərs deyir və Tədris Teatrında çalışır. Orada Elmira Məlikovanın rejissorluğu ilə hazırlanan Cəfər Cabbarlının "Aydın" tamaşasında Dövlət bəy rolunu ifa edir.
20 il müddətində Rusiyanın Tver vilayətində yaşamış və 2016-cı ildə Azərbaycana geri dönmüşdür.
Filmoqrafiya
- Babək (film, 1979)
- Təxribat (film, 1989)
- Həm ziyarət, həm ticarət... (film, 1995)
- Yasmin (serial, 2013) (Rusiya)
- Ştamp (film, 2016)
- Yuxu kimi (teleserial, 2019)
İstinadlar
Mənbə