Məhəmməd Allahmanlı |
Doğum tarixi |
1963 |
Doğum yeri |
|
Vəfat tarixi |
2010 |
Məhəmməd Qara oğlu Allahmanlı (1963, Kəmərli, Qazax rayonu – 2010) — AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Tarixi etnoqrafiya şöbəsinin elmi işçisi
Həyatı
Məhəmməd Qara oğlu Allahmanlı 1963-cü ildə Qazax rayonunun Kəmərli kəndində anadan olub. Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir. Təhsilaldığı illərdən başlayaraq mətbuat səhifələrində elmin, mədəniyyətin ayrı-ayrı problemləri ilə bağlı məqalələr yazmışdır. "Sərbəst düşüncə", "Müxalifət", "Etimad" qəzetlərində müxbir, şöbə müdiri vəzifələrində çalışmışdır.
Azərbaycanın xarici və daxili siyasəti, onun müxtəlif problemləri ilə bağlı analitik şərhlər vermək fəaliyyətinin mühüm bir hissəsini təşkil edib. Xalq yaradıcılığının toplanması, araşdırılması sahəsində gərəkli işlər görüb. Bütövlükdə ədəbi prosesi izləmək onun həmişə marağında olub. Tarixçi alim, tənqidçi, publisist kimi tanınıb.
"XIX əsr – ХХ əsrin əvvəllərində Azərbaycanın qərb bölgəsinin mənəvi mədəniyyəti (tarixi-etnoqrafik tədqiqat)" mövzusunda namizədlik disertasiyası müdafiə etmişdir (1998). Son dövrlərdə Azərbaycanın bağçılıq mədəniyyəti problemi ilə bağlı araşdırmalara daha çox üstünlük verirdi.
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Tarixi etnoqrafiya şöbəsinin elmi işçisi olub. Beynəlxalq simpozium və konfranslarda Azərbaycan xalqının tarixi, etnoqrafiyası və ədəbiyyatı ilə bağlı məruzələrlə çıxış edib.
Məhəmməd Qara oğlu Allahmanlı 2010-cu ildə vəfat edib.
Ailəsi
İki oğlu, bir qızı var. Mahmud Allahmanlının qardaşıdır.
Kitabları
İstinadlar
Xarici keçidlər