Müsəlman həkimlərin hərbi xidmətə çağırılması haqqında qanun

Müsəlman həkimlərin hərbi xidmətə çağırılması haqqında qanunAzərbaycanda doğulmuş və ya son beş ildə burada yaşayan 45 yaşınadək kişi həkimlərin orduda üçillik məcburi xidmətini nəzərdə tutan hüquqi sənəd. Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti tərəfindən 1919-cu il iyunun 16-da qəbul olunmuşdu.

Haqqında

Daxili işlər və hərbi nazirliklərə təcili surətdə, istisnasız olaraq, butun kişi həkimləri qeydiyyata almaq, onların yaşını, yaşayış yerini, dini etiqadını, ailə və xidməti vəziyyətini, hərbi xidmət keçməsini, sağlamlığını, universiteti bitirmə tarixini, həkimlik təcrübəsini və ixtisasını dəqiq müəyyənləşdirmək tapşırılırdı. Daxili işlər və xalq səhiyyəsi nazirləri ilə razılaşma əsasında hərbi nazirə, ilk növbədə, müsəlman həkimləri həqiqi hərbi xidmətə cəlb etmək hüququ verilirdi. Bu zaman onların yaşı, həkimlik təcrübəsi, sağlamlığı, ailə vəziyyəti nəzərə alınmalı idi. Qeyri-müsəlman həkimlərin hamısı ehtiyatda hesab olunurdular. Müsəlman həkimlər çatışmadıqda, onların arasından müəyyən sayda və müsəlman həkimlərlə bərabər əsasda, həqiqi hərbi xidmətə çağırış nəzərdə tutulurdu. Həkimlərin daimi iş yerlərində saxlanılması zəruri olduqda, daxili işlər və səhiyyə nazirlikləri ilə razılaşma əsasında hərbi nazirə, onlara hərbi mükəlləfiyyətdən möhlət vermək ixtiyarı verilirdi.[1]

Həmçinin bax

İstinadlar

  1. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı: "Lider". 2005. səh. 230. ISBN 9952-417-44-4.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!