Myortvı Dones — Rusiyanın Rostov vilayəti ərazisindən axan çay. Don deltasının ən böyük axarıdır. Don çayınıTaqanroq körfəzi ilə birləşdirir[1]. Onun başlandığı ərazidən Don deltası başlayır. Deltanın şimal sərhəddini təşkil edir. Uzunluğu 36 km təşkil edir[2]. Eni 50–200 metr arasında dəyişir, dərinliyi 4 metrdir.
Myortvı Dones çayı Dones çayından Rostov-na-Donu şəhərinin ərazisində ayrılır. Mənbəyi Qərb körpüsünə yaxınlıqdan başlayır. Çay Snyavskoe kəndi yaxınlığında sonuncu qolu olan Donski Çulek axarını qəbul edir. Donski Çulek axarı Myortvı Donesin sağ qolunu təşkil edir. Bütün axarı boyunca Rostov-na-Donu — Taqanroq dəmiryolu boyunca axır. Donski Çulek xutoru yaxınlığında Taqanroq körkəzinə tökülür[3].
Çay inzibati baxımından Rostov vilayətinin Myasnikovski və Neklinovski rayonları, həmçinin Rostov-na-Donu şəhər dairəsi ərazisindən axır.
Su rejimi
Myortvı Dones həcmli axara malik deyildir. Qış ayları donur. Ancaq qışı mülayim keçən illərdə donmaya bilər.
Adının mənası
Axarın sahilində qədim yunan koloniyası Tanais yerləşirdi. Sonradan şəhərin dəfələrdə basqına məruz qalması və əhalisinin tamamən öldürülməsi ilə çay bu hadisə ilə əlaqədar bu cür adlandırılmışdır.