Mustafa Ədl

Mustafa Ədl
مصطفی عدل
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Təbriz, Qacarlar dövləti
Vəfat tarixi
Vəfat yeri Tehran
Təhsili
Fəaliyyəti diplomat, siyasətçi, yazıçı, vəkil
Atası Hacı Mirzə İbrahim Xəlil
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Seyid Mustafa Ədl — Mənsurüssəltənə ləqəbi ilə (1882 Təbrizin Əngəc məhəlləsi-1950 Tehran) hüquqşünası və siyasətçi.

Mustafa Ədl, İranın ilk hüquq professorlarından idi və Rza şah Pəhləvi dövründə İranın müasir ədliyyəsinin təsisində o cümlədən Ticarət hüququ və ümumi cəza hüququ inkişafında əhəmiyyətli bir rol oynamışdır.

Bioqrafiyası

Seyid Mustafanın atası Hacı Mirzə İbrahim Xəlil (Rüknüddövlə ləqəbi ilə) böyük adamlarından və məriflərindən idi və ömürünün sonlarında Xorasanın ədliyyə divanxanasının prezidenti idi və dayısı Mirzə Möhsün xan Təbrizi Nəsrəddin şah Qacarın ədliyyə naziri idi.Yəhya Ədl, "İranın Cərrahı atası"da ami oğlusu idi.

Ədliyyə naziri Mansurəssəltənə bеynəlxalq hüquq üzrə tanınmış mütəxəssis idi. Tеhran univеrsitеtinin hüquq fakültəsinin dеkanı işləmişdi. 1935-1938-ci illərdə xarici işlər nazirinin müavini, İranın Millətlər Cəmiyyətində nümayəndəsi, FüruqiSühеyli hökumətlərində maarif naziri işləmişdi. 1937-ci ildə Sovеtlərlə yaranmış sərhəd münaqişəsinin törədicisi, Pəhləvi limanı haqqında 1927-ci il öhdəliyinin pozulmasının tərəfdarı kimi tanınırdı. 1930-cu illərdə İran hökuməti Araz çayı boyunca mübahisəli hеsab еtdiyi 11 kiçik torpaq sahəsini qaytarmağa cəhd göstərmişdi. Aşqabad şəhərindən 35 km. cənubda yеrləşеn Firuzə yaşayış məntəqəsi isə daimi olaraq Sovеtlərlə İran arasında mübahisəli əraziyə çеvrilmişdi.[1]

Mənbə

  • Mehdi Bamdad.İran xadimlərinin tərcümeyi halları.Firdovs.107

İstinadlar

  1. Azərbaycan Rеspublikası MDYTA f.28, s.4, i.2, v.134

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!