Mustafa Topçubaşov

Mustafa Topçubaşov
18 aprel 1953 – 25 mart 1955
ƏvvəlkiAğamirzə Əhmədov
SonrakıAbdulla Bayramov
5 aprel 1967 – 1 iyul 1971
ƏvvəlkiMəmməd Arif
SonrakıSüleyman Rüstəm
Şəxsi məlumatlar
Doğum tarixi 5 (17) avqust 1895
Doğum yeri
Vəfat tarixi 20 noyabr 1981(1981-11-20) (86 yaşında)
Vəfat yeri
Dəfn yeri
Partiya
Təhsili
Fəaliyyəti həkim, cərrah
Həyat yoldaşı
Uşağı
Elmi fəaliyyəti
Elm sahəsi tibb
Elmi dərəcəsi
Elmi adı

Təltifləri Sosialist Əməyi Qəhrəmanı — 1975
"Lenin" ordeni — 1944 "Lenin" ordeni — 1951 "Lenin" ordeni — 1954 "Lenin" ordeni — 1975 "Oktyabr inqilabı" ordeni "Qırmızı əmək bayrağı" ordeni — 1946 "Qırmızı ulduz" ordeni — 1942 "Şərəf nişanı" ordeni — 1936
"Azərbaycan SSR əməkdar elm xadimi" fəxri adı — 1940 "Stalin" mükafatı — 1943
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mustafa Ağabəy oğlu Topçubaşov (5 (17) avqust 1895, İrəvan[1]20 noyabr 1981, Bakı) — Azərbaycan sovet cərrahı, ictimai və dövlət xadimi. Azərbaycanda tibb təhsili və səhiyyənin təşkilatçısı, respublikada cərrahlıq elmi məktəbinin banilərindən biri.[2] Azərbaycan SSR EA akademiki (1945), Bolqarıstan Xalq Respublikası EA-nın müxbir üzvü (1951), SSRİ Tibb Elmləri Akademiyasının akademiki (1960), "Stalin" mükafatı laureatı (1943), Sosialist Əməyi Qəhrəmanı (1975), Azərbaycan SSR əməkdar elm xadimi (1940),[3] Azərbaycan SSR EA vitse-prezidenti (1951–1956 və 1969–1981). Azərbaycan SSR Ali Sovetinin sədri (1955–59 və 1967–71), Azərbaycan SSR Ali Sovetinə (1–10-cu çağırış) deputat.[4]

Həyatı

Mustafa Topçubaşov 1895-ci ildə Qərbi Azərbaycanda (İndiki Ermənistan Respublikası) Göykümbət kəndində anadan olmuşdur.Akademik Mustafa bəy Topçubaşov qədim İrəvanın əsilli-köklü nəsillərindən birinin nümayəndəsi idi. 1895-ci il avqustun 17-də qoynunda dünyaya göz açdığı Göykümbət kəndi elə Topçubaşovların ata-baba malikanəsi imiş. Onların İrəvan şəhərində də mülkü olub. Atası Ağabəy, anası Fatimə xanım, Mustafa və üç qardaşı burada yaşayıblar. Ailənin ikinci oğlu Mustafa tanınmış Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin nəvəsi Mirzə Rza Qədimovun açdığı ibtidai məktəbdə oxuyub.

1904-cü ildə ibtidai təhsilini başa vurub gimnaziyaya daxil olub. 1914-cü ildə İrəvan kişi gimnaziyasını bitirib.[5] Valideynlərinin onu uzağa buraxmağa ürəkləri gəlməsə də, Mustafa Kiyevə gedib və orada universitetin tibb fakültəsinə qəbul olunub.[6] Üçüncü kursda oxuyanda Oktyabr inqilabı baş verib. O, bu dövrdə Kiyevdə qalaraq dövlət imtahanlarına hazırlaşıb.[7]

Əmək fəaliyyəti

1919-cu ildə təhsilini başa vuran gənc həkim Naxçıvan və Bakı xəstəxanalarında cərrahlıq edir. 1920–1923-cü illərdə ADU-nun (Azərbaycan Dövlət Universiteti) tibb fakültəsinin fakültə cərrahlığı klinikasında ordinator, 1923–1930-cu illərdə fakültə cərrahlığı klinikasında assisent işləmişdir.[4] 1930-cu ildə "Malyariya mənşəli splenomeqaliyanın klinikası, patologiyası və cərrahi müalicəsi" mövzusunda doktorluq dissertasiyası müdafiə edir. Bu işin əhəmiyyətinə görə M. Topçubaşova professor adı verilir və o, Azərbaycan Tibb Universitetinin cərrahiyyə kafedrasının (indi — III cərrahi xəstəliklər kafedrası[8]) müdiri seçilir.[9]

Elmi fəaliyyəti

M. Topçubaşov 1937-ci ildə dünya anesteziologiya elmi tarixində ilk dəfə olaraq orijinal keyitmə üsulunu — injeksion efir-yağ narkozunu — analgeziya üsulunu kəşf etdi.[10] Bu metod sadəliyinə, hazırlanma və tətbiq texnikasının asanlığına, inhalyasion narkoz zamanı rast gəlinən bir sıra mənfi halların (dərin narkoz yuxusu, qanda narkotik maddələrin yüksək konsentrasiyada toplanması və s.) aradan qaldırılmasına imkan verdiyinə görə geniş tətbiq edilməyə başlandı. Efir-yağ qarışığı inyeksiyaları həm də öddaşı xəstəliyinin sancıları, travmatik şok, tetanus, qıcolma hallarında, müalicə və doğuş zamanı ağrısızlaşdırma vasitəsi kimi istifadə edilirdi.[11] 1945-ci ildə SSRİ Xalq Səhiyyə Komissarlığı Elmi Tibbi Şurası tərəfindən Farmakologiya Komitəsinin iclasında efir-yağ qarışığının "Analgezin" adı altında istehsal edilməsinə icazə verildi.[7]

Topçubaşov müharibə illərində Azərbaycan Xalq Səhiyyə Komissarlığı Hərbi Xəstəxanalar İdarəsinin baş cərrahı vəzifəsində çalışıb. O, SSRİ-də ilk dəfə olaraq təxliyə hospitallarının yaradılmasının təşəbbüskarı olub və bu təklif hərbi cərrahlıq işinin təşkilində uğurla istifadə edilib.

Müharibədən sonra professor M. Topçubaşov 1945–1950 illərdə Azərbaycan SSR Səhiyyə Nazirliyinin baş cərrahı olmuşdur.[12] 1945-ci ildə Azərbaycan SSR EA-nın həqiqi üzvü (akademik) seçilir. 1945–1948-ci illərdə Azərbaycan SSR EA Eksperimental Tibb İnstitutunda direktor vəzifəsində çalışır. Müxtəlif dövrlərdə iki dəfə (1951–1956 və 1969–1981) Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsini daşıyır.

1954-cü ildə özü işlədiyi kafedrada operasion-auditoriya təşkil edir.

Əməkdar elm xadimi adını Mustafa bəy Topçubaşov 1940-cı ildə alır. 1960-cı ildə SSRİ Tibb Elmləri Akademiyasının akademiki seçilir.[13] O, 1943-cü ildə Stalin mükafatı laureatı olur və 1975-ci ildə Sosialist Əməyi Qəhrəmanı yüksək adına layiq görülür.[14]

1981-ci il noyabrın 20-də Bakı şəhərində vəfat etmişdir.

Xatirəsi

Azərbaycanda tibb elminin inkişafında xüsusi xidmətlərini nəzərə alaraq akademik Mustafa Topçubaşovun anadan olmasının 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi haqqında 31 iyul 1995-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev sərəncam vermişdir[15][16].

Bakı şəhərindəki "Elmi Cərrahiyyə Mərkəzi" M. A. Topçubaşovun adını daşıyır.

Rejissor Yalçın Əfəndiyev "Mustafa Topçubaşov. Əsrin fonunda portret" adlı sənədli filmi çəkmişdir.[17]

Təltif və mükafatları

Mənbə

İstinadlar

  1. 1 2 Топчибашев Мустафа Агабек оглы // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  2. CBC. "Музей медицины Азербайджана" (rus). Youtube.com. 21.04.2016. 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-21.
  3. "Топчибашев Мустафа Агабек оглы". 2021-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-19.
  4. 1 2 Azərbaycan Sovet Ensiklopediyası, IX cild, Bakı-1986, səh. 317
  5. Fərrux Rüstəmov. İrəvan Müəllimlər Seminariyası və onun məzunları (PDF). Bakı: Elm və təhsil. 2022. səh. 190. ISBN 978-9952-5455-010.
  6. "Arxivlənmiş surət". 2021-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-30.
  7. 1 2 "Arxivlənmiş surət". 2023-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-21.
  8. Azərbaycan Tibb Universiteti — 80. Bakı, 2010. səh. 24
  9. "Arxivlənmiş surət". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-21.
  10. "Arxivlənmiş surət". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-21.
  11. "Arxivlənmiş surət". 2014-07-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-07-21.
  12. М. А. Топчибашев. Библиография. Баky-1965, səh. 16
  13. Ermənistan Azərbaycanlılarının tarixi coğrafiyası // Tərtib edəni: S. Əsədov; Elmi red. B. Budaqov, Q. Qeybullayev. Bakı: "Gənclik", 1995. ISBN 5-8020-0852-0
  14. http://nizami.libmks.az/1305-mustafa-topgubaeov.html[ölü keçid]
  15. Azərbaycan Respublikasının Prezidentinin 31 iyul 1995-ci il tarixli, 200 nömrəli Sərəncamı [ölü keçid]
  16. Akademik Mustafa Ağabəy oğlu Topçubaşovun anadan olmasının 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 31 iyul 1995-ci il tarixli Sərəncamı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machineanl.az saytı
  17. Akademik Topçubaşov haqqında sənədli film çəkilib: [rejissor Yalçın Əfəndiyevin "Mustafa Topçubaşov. Əsrin fonunda portret." filmi haqqında] //Ayna.- 2011.- 19 noyabr.- S.20.

Xarici keçidlər

Read other articles:

Politician in Botswana Phandu Skelemani9th Speaker of the National Assemblyof BotswanaIncumbentAssumed office 5 November 2019[[Deputy 9th List of speakers of the National Assembly of Botswana of the National Assembly (Botswana)of Botswana|Deputy]]Pono MoatlhodiPreceded byGladys KokorweMinister of Foreign AffairsIn office1 April 2008 – 31 October 2014Preceded byMompati MerafheSucceeded byPelonomi Venson-Moitoi Personal detailsBorn (1945-01-05) 5 January 1945 (age 78)Mapoka ...

 

 

1987 single by R.E.M. This article needs additional citations for verification. Please help improve this article by adding citations to reliable sources. Unsourced material may be challenged and removed.Find sources: The One I Love R.E.M. song – news · newspapers · books · scholar · JSTOR (July 2014) (Learn how and when to remove this template message) The One I LoveSingle by R.E.M.from the album Document B-sideMaps and Legends (Live)ReleasedAugus...

 

 

Biografi ini tidak memiliki sumber tepercaya sehingga isinya tidak dapat dipastikan. Bantu memperbaiki artikel ini dengan menambahkan sumber tepercaya. Materi kontroversial atau trivial yang sumbernya tidak memadai atau tidak bisa dipercaya harus segera dihapus.Cari sumber: Gita Esfandiary – berita · surat kabar · buku · cendekiawan · JSTOR (Pelajari cara dan kapan saatnya untuk menghapus pesan templat ini) Gita EsfandiaryLahirGita Esfandiary24 Mei 198...

Monasterio de Santa María Bien cultural parte del patrimonio cultural de Cataluña LocalizaciónPaís España EspañaComunidad Cataluña CataluñaProvincia Barcelona BarcelonaLocalidad ManlleuCoordenadas 42°00′04″N 2°17′05″E / 42.00104, 2.28484Historia del edificioArquitecto Josep Maria PericasDatos arquitectónicosEstilo barroco[editar datos en Wikidata] El antiguo monasterio de Santa María de Manlleu se encontraba situado en la población...

 

 

Mulleya MulleyaPoster layar lebar untuk Mulleya Mulleya (1984)Nama lainHangul여인 잔혹사 물레야 물레야 Hanja女人 殘酷史 물레야 물레야 Alih Aksara yang DisempurnakanYeo-in Janhoksa Mulle-ya Mulle-yaMcCune–ReischauerYŏin Janhoksa Mulleya Mulleya SutradaraLee Doo-yong[1]Produser Jeong Woong-ki Ditulis oleh Im Choong PemeranWon Mi-kyungShin Il-ryongPenata musikJeong Yoon-jooSinematograferLee Seong-choonPenyuntingLee Kyung-jaPerusahaanproduksiHanRim Fil...

 

 

United States Air Force Air Combat Command unit Michigan Air National GuardShield of the Michigan Air National GuardActive7 May 1926 – presentCountry United States of AmericaAllegiance United States of America MichiganBranch United States Air ForceRoleTo meet state and federal mission responsibilities.Part of Air National GuardMichigan National GuardGarrison/HQJoint Force Headquarters Michigan Air National Guard, 3411 N. Martin Luther King Jr. Blvd., Lansing, Michig...

Indian politician Manubhai PancholiBorn(1914-10-15)15 October 1914Panchashiya, Morbi district, Gujarat, IndiaDied29 August 2001(2001-08-29) (aged 86)Sanosara, Bhavnagar, GujaratPen nameDarshakOccupationNovelist, author, educationist and politicianLanguageGujaratiNotable awards Ranjitram Suvarna Chandrak (1964) Sahitya Akademi Award to Gujarati Writers (1975) Moortidevi Award (1987) Padma Bhusan (1991) Jamnalal Bajaj Award (1996) Saraswati Samman (1997) Spouse Vijayaben Patel ​&...

 

 

John FitzGeraldInformación personalFallecimiento Agosto de 1261 FamiliaFamilia Familia FitzGerald Padres Thomas FitzMaurice FitzGerald Ellinor de Marisec Cónyuge Margery fitz ThomasHonora O'Connor [editar datos en Wikidata] Un monumento en el sitio de la Batalla de Callann John FitzThomas Fitzgerald, I Barón Desmond (muerto 1261) era hijo de Thomas FitzMaurice Fitzgerald y su mujer Ellinor, hija de Jordan de Marisco, y hermana de Geoffrey de Marisco, que fue nombrado justiciar de...

 

 

WP:OK Talk Taskforce Tulsa OU Taskforce Recognized content Oklahoma Categories Templates Assessment Newsletter Stub articles Article alerts Articles for Deletion Requests Unreferenced BLPs Members WikiProject Oklahoma ShortcutWT:OK Welcome to the WikiProject Oklahoma discussion page. Please use this page to discuss issues regarding Oklahoma related articles, project guidelines, ideas, suggestions and questions. Thank you for visiting! This is the talk page for discussing improvements to the W...

BNR/Asp-box repeatStructure of a bacterial sialidase.[1]IdentifiersSymbolBNRPfamPF02012Pfam clanCL0434InterProIPR002860SCOP21euu / SCOPe / SUPFAMAvailable protein structures:Pfam  structures / ECOD  PDBRCSB PDB; PDBe; PDBjPDBsumstructure summaryPDB1dil​, 1dim​, 1eur​, 1eus​, 1eut​, 1euu​, 1kit​, 1mr5​, 1ms0​, 1ms1​, 1ms3​, 1ms4​, 1ms5​, 1ms8​, 1ms9​, 1mz5​, 1mz6​, 1n1s​...

 

 

2015 film by Patricia Riggen For the group of 33 miners, see 2010 Copiapó mining accident. For the radio station, see KDAF. The 33Theatrical release posterDirected byPatricia RiggenScreenplay by Mikko Alanne Craig Borten Michael Thomas Story byJosé RiveraBased onDeep Down Darkby Héctor TobarProduced by Robert Katz Edward McGurn Mike Medavoy Starring Antonio Banderas Rodrigo Santoro Juliette Binoche James Brolin Bob Gunton Gabriel Byrne Lou Diamond Phillips Jacob Vargas CinematographyChecco...

 

 

South African politician The HonourableSusan ShabanguMPSusan ShabanguMinister of Social DevelopmentIn office26 February 2018[1] – 29 May 2019PresidentCyril RamaphosaDeputyHendrietta Bogopane-ZuluPreceded byBathabile DlaminiSucceeded byLindiwe ZuluMinister of Women in the PresidencyIn office3 June 2014 – 28 February 2018PresidentJacob ZumaCyril RamaphosaPreceded byoffice establishedSucceeded byBathabile DlaminiMinister of Mineral ResourcesIn office11 May 2009 ...

For the album of Indian composer Hariharan, see Gulfam. GulfamNative nameગુલ્ફામBornJahangir Nasharvanji Patel(1861-07-14)14 July 1861Bombay, British IndiaDied24 August 1936(1936-08-24) (aged 75)Pen nameGulfamOccupationHumour writer, journalistLanguageGujaratiSignature Gulfam, born Jahangir Nasharvanji Patel alias Pestonji, was a Gujarati humour writer and journalist from Bombay, India.[1] Life Gulfam was born on 14 July 1861 in Parsi Patel family living in a large ...

 

 

Russian airborne radar Not to be confused with Zaslon Active Protection System. Zaslon - MMiG-31 showing Zaslon antennaCountry of originRussiaTypePESARange400 km for 20 m2 RCS[1][2](282 km for 5 m2[3])Diameter1.4 meters The Russian (former USSR) BRLS-8B Zaslon (Barrier) is an all-weather multimode airborne radar developed between 1975 and 1980 by the Tikhomirov Scientific Research Institute of Instrument Design as part of the weapons control system of the MiG-31 s...

 

 

Esopus peopleMap of Lenape lands and tribes showing the Esopus people living in the northern part of the territory west of the Hudson riverTotal populationunknown, descendants are part of the Stockbridge-Munsee CommunityRegions with significant populationsWisconsin, formerly Upstate New YorkRelated ethnic groupsother Lenape people The Esopus (es-SOAP-es)[1] was a tribe of Lenape (Delaware) Native Americans who were native to the Catskill Mountains of what is now Upstate New York. Thei...

В Википедии есть статьи о других людях с фамилией Бааде. Брунольф Бааденем. Brunolf Baade Брунольф Бааде в начале 1950-х годов Имя при рождении нем. Carl Wilhelm Brunolf Baade Дата рождения 15 марта 1904(1904-03-15)[1] Место рождения Берлин, Германская империя Дата смерти 5 ноября 1969(1969-11-...

 

 

Fundación Infante de Orleans Acrónimo FIOTipo MuseoGénero AviaciónObjetivos Mantener en estado de vuelo aviones históricos españolesFundación 1989Sede central Aeropuerto de Madrid-Cuatro VientosÁrea de operación EspañaPresidente del patronato Carlos Valle TorralboFacebook FundacionInfantedeOrleansCoordenadas 40°22′13″N 3°46′55″O / 40.37026389, -3.78205Sitio web https://www.fio.es/Cronología Aeroclub José Luis Aresti ←FIO Lema Museo de aviones histórico...

 

 

Bonbons miel. El bonbon miel («bombón de miel») es una pequeña fruta de sartén dulce típica de la gastronomía de La Reunión, una isla del Índico dependiente de Francia. Se elabora friendo una masa de harina de trigo. Generalmente tiene forma de donut, aunque a veces de espiral, como un yalebi. Es firme y crocante en el exterior y suave y meloso por el interior,[1]​ ya que está relleno de miel de abeja. También se suele aromatizar con vainilla o, a veces, con ralladura de nara...

1995 ice hockey video game 1995 video gameNHL 96Cover art featuring Scott Stevens and Steve YzermanDeveloper(s)EA Tiburon (SNES)High Score Productions (GEN)EA Canada (DOS)Probe Entertainment (GB)Publisher(s)EA Sports (GEN, SNES, DOS)THQ (GB)Producer(s)Rob Martyn (GEN, SNES)Designer(s)Scott Probin (GEN, SNES)Programmer(s)Mark Lesser (GEN)Jason Andersen (SNES)Composer(s)Jeff van Dyck (DOS)David Whittaker (GEN)Brian L. Schmidt (SNES)SeriesNHL seriesEngineVirtual StadiumPlatform(s)DOS, Sega Genes...

 

 

Zamek w Korołewie Zamek w Korołewie Państwo  Monarchia Habsburgów Miejscowość Korołewo Typ budynku zamek Inwestor Bela IV Ukończenie budowy XIII w. Zniszczono XIV w., 1672 Pierwszy właściciel Bela IV, Perenyi Położenie na mapie obwodu zakarpackiegoZamek w Korołewie Położenie na mapie UkrainyZamek w Korołewie 48°09′14″N 23°07′59″E/48,153889 23,133056 Multimedia w Wikimedia Commons Zamek w Korołewie Zamek w Korołewie – wybudowany w XIII w. przez kró...

 

 

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!