Murad (türk. Murat Nehri) və ya Şərqi Fərat (türk. Doğu Fırat) — Türkiyədə çay, Fəratın ən mühüm qolu. Etimologiyası aydın deyil.
Murad Türkiyənin şərqindəki dağlarda ucalır, Ermənistan yaylasında uzun və dar bir vadidən axır. Çayın uzunluğu 722 km, hövzəsinin sahəsi təxminən 40 min km2-dir. Suyun səviyyəsi çox dəyişir, yaz daşqınları zamanı (aprel–may aylarında) yüksəlir və qalan vaxtlarda aşağı qalır. Çay naviqasiya olunmur və qışda hissə-hissə donur.
Tarixi
E.ə. 68-ci ildə Murad çayı sahillərində Böyük Tiqranın komandanlığı altında olan Ermənistan ordusu ilə Roma ordusu arasında döyüş baş tutmuşdur. Ermənistanda xristianlığın dövlət dini kimi qəbul edilməsi zamanı padşah III Trdat, onun ordusu və əhalisi Aratsani sularında vəftiz olunmuşdu.[2]
İstinadlar
- ↑ Большая Армянская Энциклопедия. Том 1
Əlavə ədəbiyyat