| Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. Lütfən, etibarlı mənbələr əlavə etməklə məqaləni təkmilləşdirməyə kömək edin. Qərəz yaradan mənbəsiz hissələr müzakirəsiz silinə bilər. (avqust 2023) |
Murad Qasımzadə |
---|
|
Doğum tarixi |
15 mart 1915(1915-03-15) |
Doğum yeri |
|
Vəfat tarixi |
22 noyabr 2010(2010-11-22) (95 yaşında) |
Vəfat yeri |
|
Elmi dərəcəsi |
|
Təhsili |
- Moskva Energetika İnstitutu[d]
|
Mükafatları |
|
Qasımzadə Murad Salman oğlu (15 mart 1915, Dədəli, Qaryagin qəzası – 22 noyabr 2010, Bakı) — azərbaycanlı polkovnik-mühəndis, texnika elmləri doktoru (1971), professor (1973).
Həyatı
Murad Salman oğlu 15 mart 1915-ci ildə Qaryagin qəzasının (hazırkı Füzuli rayonu) Dədəli kəndində anadan olmuşdu. Orta məktəbi bitirəndən sonra ali məktəbə qəbul olmuşdu. İnformasiya-ölçmə texnikası sahəsində tanınmış alimdir. Polkovnik-mühəndis, texnika elmləri doktoru (1971), professordur (1973).
M. Qasımzadə S. M. Kirov adına Xəzər Ali Hərbi Dəniz məktəbində kafedra rəisi (1955–1961) işləmişdi.
1961-ci ildən ömrünün sonunadək İ. Q. Yesman adına Azərbaycan Elmi-Tədqiqat Energetika İnstitutunda informasiya-ölçü sistemləri laborotoriyasının rəhbəri vəzifəsində çalışmışdı.
Əsas əsərləri energetika sistemlərinin avtomatlaşdırılması üçün informasiya-ölçü sistemlərinin işlənib, Hazırlanmasına aiddir.
Keçmiş SSRİ-də elektrokinetik çeviricilər sahəsində ilk tədqiqatları M. Qasımzadə aparmışdır.
Avtomatik idarəetmə üzrə Beynəlxalq Federasiyasının 6-cı konqresində (Boston, 1975) və Ümumdünya Elektrotexnika konqresində (Moskva, 1977) iştirak etmişdir.
Mükafatları
M. Qasımzadə iki orden və medallarla təltif edilmişdi.
Əsərləri
- Sbornik zadaç i upracneniy po osnovam glektrotexniki i glektrooborudovaniö nadvodnıx korabley, Baku, 1967.
- Glektrokinetiçiskie preobrazavateli informatsii, Moskva, 1973.
İstinadlar