Ankaragücü komandasında qardaşı Mustafa Duruər ilə bərabər oynayan Murad, 2004-cü ildə müqavilə imzalayaraq digər peşəkar komandalarda oynamağa başladı. Ankaragücü komandası üçün ilk qarşılaşması 29 mart2006-cı il tarixində Qalatasaraya qarşı olmuşdur. Bu oyun Murad Duruərin ilk Türkiyə Super Liqası qarşılaşması idi.[2]2005-ci ildən bu yana Murad Duruər Türkiyə Super Liqasında oynayıb və bir çox komandalara transfer olub. 2011-2012-ci il mövsümündə, liqada çətin günlər keçirtdi. Komanda heyəti AnkaradanƏskişəhərə transfer edilən zaman, Murad Duruər atası ilə birlikdə Türk iş adamı və Gənclər birliyi idman komandası prezidenti İlhan Cavcavı ziyarət etdi. Ziyarət zamanı Murad Duruərin atası İlhan CavcavaAnkaradan köçmək istəmədiklərini dedi. Bu görüşdən sonra İlhan Cavcav, 29 dekabr2011-ci ildə Ankaragücü klubu prezidenti Sami Qızılyuvanı ilə görüşdükdən sonra, Sami Qızılyuva Murad Duruərin heyətdə iştirak edəcəyini açıqladı.[3] Murad Duruər komanda üçün 133 oyunda oynayıb, 8 qol vurdu.
Gənclər birliyi
2011-2012 mövsümündə sadəcə 9 oyun forma geyinən Murad, 5 fevral2012-ci ildə Kayserispor yerdəyişməsindəki 3-2 qazanılan oyuna son 3 dəqiqədə daxil oldu və 90-cı dəqiqədə qalibiyyəti gətirən axırıncı qolun vurulmasında asist oldu.[4]
Antalyaspor
2012-2013 mövsümündən əvvəl Antalyaspor komandasına transfer oldu. İlk mövsümündə 26 matç, 3 qol və 5 asist performansı ilə oynadı. İkinci mövsümündə də müvəffəqiyyətli olan Murad, bu peşəkarlığı ilə Fatih Terimin diqqətini cəlb etdi və milli komandaya dəvət edildi. 2013-2014 mövsümündə 21 matçda iştirak edən Murad, 2 qol və 2 asist performansı ilə oynadı.
82 dəfə milli komandalara çağırılan Murad Duruər, 20 dəfə Türkiyə 16 yaşlılar, 25 dəfə Türkiyə 17 yaşlılar, 13 dəfə Türkiyə 18 yaşlılar, 14 dəfə Türkiyə 19 yaşlılar, 3 dəfə Türkiyə 21 yaşlılar və 4 dəfə də Türkiyə 20 yaşlılar forması geyinən futbolçu, ümumi 79 forma geyinmiş və müsabiqələrdə 9 qol vurmuşdur.
8 və 9 fevral2011-ci il tarixlərində Antalyada təşkil edilən Belarusiya ilə olan qarşılaşmada ilk dəfə Türkiyə A2 milli futbol komandasının heyətində iştirak etmişdir.[7]
2013-2014 mövsümündə Antalyaspor komandasında göstərdiyi peşəkarlığı ilə əlaqədar, 2014-cü ildə İsveçdə keçiriləcək A milli komanda matçının heyətinə Fatih Terim tərəfindən əlavə olunub.