Murad Cabbarlı (5 may 1960, Bakı) – Şəki Şəhər İcra Hakimiyyətinin başçısı (2010–2011-ci illər).
Həyatı
Cabbarlı Murad Qorxmaz oğlu 1960-cı il may ayının 5-də Bakı şəhərində anadan olub. Əmək fəaliyyətinə 1977-ci ildə A. Qarayev adına Uşaq Kliniki Xəstəxanasında başlayıb. M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsini elmi kommunizm ixtisası üzrə bitirib. Fəlsəfə elmləri namizədidir.
1983–1991-ci illərdə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetində baş laborant, müəllim, 1991–1992-ci illərdə Bakı Dövlət Universitetində baş müəllim vəzifəsində işləmişdir. 1992–1994-cü illərdə Moskva şəhərində "Soyuzvneştorq" istehsal-ticarət birliyinin baş direktorunun müavini, 1994–1996-cı illərdə "Neftemaşimpeks" SC-də kommersiya işləri üzrə direktor, 1996–1998-ci illərdə "Texnotsentr-5" MMC-nin direktor müavini vəzifələrində çalışmışdır. 1998–2000-ci illərdə Bakı şəhərində "Şəms-R" elm-istehsalat şirkətində baş direktorun müavini, 2000–2008-ci illərdə Bakı Dövlət Universitetində baş müəllim, həmçinin
2002–2006-cı illərdə əvəzçilik qaydasında "Savalan" ATSC idarə heyətinin sədri, 2006–2008-ci illərdə "ADA-Mülkiyyət" MMC-nin direktoru vəzifəsində işləmişdir. 2008-ci ildə "Şəki Aqro İndastris" MMC-nin maliyyə və idarə işləri üzrə direktor müavini, 2008–2010-cu illərdə "Şəki Kərpic" MMC-nin direktoru vəzifəsində çalışmışdır. 2010-cu il aprel ayının 21-dən 2011-ci il may ayının 23-dək Şəki Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır. Ailəlidir, bir övladı var.
Mənbə
|
---|
1920-ci ilədək | Şəki Şəhər Dumasının sədrləri | |
---|
| |
---|
Azərbaycan SSR | Rayon Partiya Komitəsinin birinci katibləri | |
---|
Şəhər Partiya Komitəsi birinci katibləri | |
---|
Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri | |
---|
Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri | |
---|
|
---|
Azərbaycan Respublikası | Şəhər Sovetinin sədrləri | |
---|
Şəhər İcra Hakimiyyəti başçıları | |
---|
|
---|
Qeyd 1: Şəki rayonu 8 avqust 1930-cu ildə Nuxa rayonu adı ilə təşkil edilmişdir. 4 yanvar 1963-cü ildə Nuxa rayonu ləğv edilərək Vartaşen rayonuna birləşdirilmişdir. Həmçinin eyni tarixdə Nuxa şəhəri respublika tabeli şəhərə çevrilmişdir. 6 yanvar 1965-ci ildə mərkəzi Nuxa şəhəri olmaqla yenidən müstəqil Nuxa rayonu təşkil edilmişdir. Qeyd 2: 9 mart 1966-ci ildə Nuxa Şəhər Soveti və Nuxa Rayon Soveti vahid Nuxa Şəhər Soveti adı altında birləşdirilmişdir. Bu tarixdən Nuxa rayonu və Nuxa şəhərinə Nuxa Şəhər Soveti xidmət göstərmişdir. 1991-ci ildən etibarən isə Şəki Şəhər İcra Hakimiyyəti həm Şəki rayonuna, həm də Şəki şəhərinə xidmət göstərir. Qeyd 3: Xalq Deputatları Soveti 1977-ci ilədək Zəhmətkeş Deputatları Soveti adlanmışdır. 29 noyabr 1991-ci ildə Şəki rayon və Şəki şəhər xalq deputatları sovetləri vahid Şəki Şəhər Xalq Deputatları Soveti adı altında birləşdirilmişdir. |