Moreya despotluğu - 1349-cu ildə Axeya knyazlığından alınan torpaqlarda yaradılmışdı. Bizans torpaqları sayılan Moreya əslində öz despot (despotizm ilə qarışdırılmamalıdır) adlanan hakimləri tərəfindən idarə olunurdu. İlk Moreya despotu Kantakuzinlər sülaləsindən Manuel Kantakuzin idi. 1460-cı ilə qədər mövcud olmuş despotluq Dmitri Paleoloqun Osmanlıya təslim olması ilə ləğv edildi.
Despotlar
- Manuel Kantakuzin
- Mixail Asan
- Andrey Asan
- Manuel Kantakuzin
- Matfey Kantakuzin
- I Dmitri Kantakuzin
- I Teodor Paleoloq
- II Teodor Paleoloq
- XI Konstantin Paleoloq
- Tomas Paleoloq
- II Dmitri Paleoloq