Montreal Star

The Montreal Star — ingilis dilində Monreal, Kvebekdə çap edilmiş Kanada qəzetidir. Qəzet, mətbuat mənsublarının 8 aylıq tətilindən sonra 1979-cu ildə öz fəaliyyətini dayandırmışdır.

Bu, Kanadanın 1950-ci ilə kimi ən böyük qəzeti idi və onun bağlanmasından bir qədər əvvələ kimi Monrealda dominant ingilis dilli qəzet hesab edilirdi. 

Tarix

Köhnə Montrealda Saint Jacques küçəsindəki, keçmiş Montreal Star binası
Montreal Daily Star-ın ön səhifəsi Almaniyanın təslim olması haqqında

Qəzetin əsası Hugh Graham tərəfindən 1869-cu ilin 16 Yanvarında "Montreal Evening Star" kimi qoyulmuşdur. 1877-ci ildə "The Evening Star" başlığı "The Montreal Daily Star" başlığına dəyişdirilmişdir.

Xəbərlər və redaksilardan əlavə, the Star bəzən öz diqqətə laiq məqalələrini yaratmışdır. 1890-cı ilin sonlarında jurnalist Sarah Jeannetten Duncanın dünya turu The Montreal Star qəzeti tərəfindən maliyyələşdirilmişdir və həmin səyahətlər məqalələr şəklində qəzetdə çap edilmişdir. 

1890-cı illərdə Star tiraj rəqəmlərini könüllü şəkildə yoxlamağa başladı və digər nəşrlərlə şişirdilmiş dövriyyə iddialarına nəzarət etməkçün hökumət tənzimləməsindən istifadə etdi. Qəzetin tirajı həmin onillikdə əhəmiyyətli dərəcədə artmışdır və 1899-cu ildə günlük 52.600 oxucuya qədər çatmışdır; 1913-cü ilə qədər tirajının 40%-ı Montreal xaricində idi.

1915-ci ilə qədər Montreal Star şəhərin ingilis dilində axşam nəşr olunan qəzet bazarında böyük təsirə malik idi və Graham rəqiblərindən açıq-aşkar öndə idi və bu ona ingilis dilli qəzet bazarını təmamilə idare etməkçün kömək edirdi. 

1925-ci ildə Graham Montreal qəzetini John Wilson McConnellə satdı, amma 1938-ci il ölümünə kimi qəzetdəki fəaliyyətini davam etdirdi. McConnell öz növbəsində 2 ayrı qəzet şirkətini aldı, Montreal Standard və Family Herald.

1940-cu illərdən etibarən Montreal Star çox böyük uğur qazandı, qəzetin dövriyyəsi təxminən 180.000 nüsxəyə çıxmışdı və təxminən otuz il ərzində populyarlığını qoruyub saxladı. 

.1951-ci ildə, Montreal Star özünün Weekend Magazine adlı jurnalını dərc etməyə başladı, 900.000 ilkin dövriyyəsi ilə. 

1963-cü ildə McConnellin ölümündən sonra, Toronto köklü FP qəzeti ansı ki, The Globe and Mail və Winnipeg Free Press qəzet redaksiyalarının sahibi, Montreal Star qəzet redaksiyasını satın aldı. Sonralar Thomson Newspapers 1980-ci ildə FP redaksiyalarına sahib oldu və 1971-ci ildə qəzetin səhmlərinin çoxu Commercial Trust tərəfindən satın alındı. 

1978-ci ildə mətbuat nümayəndələri tətil elan etdilər və bu səkkiz ay davam etdi. Baxmayaraq ki, tətil 1979-cu ilin Fevral ayında başa çatdı, Star qəzeti oxucularını rəqib Gazette qəzetinə uduzdu və yalnız 25 sentyabr 1979-cu ildə öz nəşrini daimi olaraq  dayandırdı. Gazette Star binası, mətbuatı və arxivlərinə yeyələnərək, Montrealda yeganə ingilis dilli qəzetə çevrildi. 

Qəzet öz fəaliyyətini təmamilə bir neçə ay sonra Montreal-Matin nəşriyyatının dayanması ilə sonlandırdı. Bu qapanmalar bir çox Montreal sakinlərini narahat edirdi.

Federal hökumət eyni zamanda Star, Calgary Albertan, Winnipeg Tribune və Ottawa Journal qəzetlərinin bağlanması səbəbi ilə Kanadadakı qəzet monopoliyasına nəzarət etməkçün Kent Komissiyasını yaratmışdır. 

Diqqətəlayiq qatqılar

The Star, 1888-ci ildə Henri Julieni işə götürdüyü zaman, Kanadada ilk karkaturaçı redaktor işə götürən qəzet oldu.

İdman qəzetinin redaktoru, Harold Atkins "Sports Snippings" başlığı altında Maurice Richard komandasını "Rocket" və wheelchair basketbol komandasını "The Wheelchair Wonders" kimi adlandırmışdır. 

Red Fisher, Doris Giller, Nick Auf der maur, Don Macpherson, Terry Mosher və Dennis Trudeau kimi qəzetin üzvləri Star fəlliyətini dayandırandan sonra The Gazette qəzetinə keçmişdir.

Raymond Heard 1963-cü ildən 1973-cü ilədək qəzetin Ağ Evdəki müxbiri idi, sonralar 1976-cı ildən 1979-cu ilədək qəzetin idarəedici redaktoru vəzifəsində çalışmışdır. O baş redaktor Frank Walkerin köməkçisi kimi də işləmişdir.

İstinadlar


Xarici keçidlər

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!