Molla Səfi Gecəgözlü-Cavanşir

Molla Səfi Gecəgözlü-Cavanşir
Molla Səfi Molla Nəbi oğlu Cavanşir
Doğum tarixi
Doğum yeri Gecəgözlü
Vəfat yeri Gecəgözlü

Molla Səfi Gücəgözlü-Cavanşir — qazı, məktəbdar.

Həyatı

Molla Səfi Gecəgözlü-Cavanşir 1797-ci ildə Cavanşir-Dizaq mahalının Gecəgözlü оbasında dünyaya gəlmişdir. İlk təhsilini atasından almışdı. Sonra Şuşa şəhərində molla, müctəhid yanında təhsilini davam etdirmişdi. Öncə obanın dini işləri ilə ilgilənmiş, məscidlərdə axundluq etmiş, 1878-ci ildə Zəngəzur qəzasının qazısı təyin edilmişdi.

Molla Səfi qəza qazısı olarkən şair Məhəmməd bəy Aşiq yazmışdı:

Olma Molla Səfitək aldan hörülən ipək,
Ya edən Səfiqulu buğdasın məğsub oldun.

Molla Səfidən xoşu gəlməyən şair Bəhram bəy Fədai yazırdı:

Övladını görsən Molla Nəbinin,
Qövlün inkar edər şəri-mübinin,
Heç zad üçün satar dünyayə dinin,
Nəfsi əqlin ötüb onu Zal edər.

Mir Mehdi Xəzani Molla Səfi ilə dost idi. Qəsidələrinin birində yazırdı:

Hanı Molla Səfi, yoxdu xəbəri bunlardan
Məshəfi-ruyi qoyub, hansı kitablara baxar?

Ailəsi

Molla Səfinin törəmələri Axundov soyadını daşıyırdılar. Onun Möhsün, Həşim, Səlim adlı oğulları vardı.

Mənbə

  • Ənvər Çingizoğlu. Hacılılar. Bakı: "Soy" dərgisinin özəl nəşri, 2004, 238 səh.

Həmçinin bax

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!