Mobil hökumət və ya m-hökumət — yalnız mobil telefonlar, notbuk kompüterlər, fərdi rəqəmsal köməkçilər (PDA) və simsiz internet infrastrukturundan istifadə etməklə mümkün olan dövlət xidmətləri və proqramlarından strateji istifadə kimi xidmətlər toplusu.
Üstünlükləri
Mobil hökumət xidmətləri "e-hökumətdə iştirak edən tərəflər, o cümlədən vətəndaşlar, biznes müəssisələri və bütün dövlət strukturlarına faydaların artırılması üçün hər növ simsiz və mobil texnologiya, xidmətlər, tətbiqlər və cihazlardan istifadəni əhatə edən strategiya və onun həyata keçirilməsi kimi" izah edilir.[1]
Ölkələr üzrə
İnfrastrukturun olmaması səbəbindən internetin nüfuzunun aşağı olduğu, mobil bağlantı və nüfuzunun yüksək olduğu inkişaf etməkdə olan ölkələrdə mobil hökumət daha yaxşı seçimdir. Hökumətin vətəndaşlarla qarşılıqlı əlaqəsi SMS kimi vasitələrlə həyata keçirilə bilər.[2]
Hindistanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Elektronika və İnformasiya Texnologiyaları Departamenti bütün departamentləri və agentlikləri üçün mobil cihazlar vasitəsilə bütün xidmətlərini təmin etmək üçün mobil proqramlar hazırlamaq və yerləşdirmək planlarını açıqlamışdır.[3]
Freymvorkun qəbulunu və vaxtında həyata keçirilməsini təmin etmək üçün hökumət mobil cihazlar vasitəsilə ictimai xidmətlərin əlçatanlığını təmin etmək üçün əsas infrastruktur olan "Mobile Service Delivery Gateway"i (MSDG) inkişaf etdirəcək.[3]
İstinadlar
Əlavə ədəbiyyat
Xarici keçidlər