Çiqorin Mixail İvanoviç (31 oktyabr (12 noyabr) 1850, Qatçina, Sankt-Peterburq quberniyası[d][1] – 12 (25) yanvar1908, Lyublin, Varşava general-qubernatorluğu[d][1]) — rus şahmatçısı Rusiyada şahmat hərəkatının təşkilatçısı. "Şaxmatnı listok" (1876-1881), "Şaxmatnı vestik" (1885-1887), "Şaxmatı" (1891-1892) jurnallarının redakitor- naşiri idi.Şahmat nəzəriyyəsinə dair araşdirmaların müəllifidir.Bir sıra mühüm beynəlxalq şahmat yarışlarında müvəffəqiyyətlə çıxış etmiş, XIX əsrin 80-90-cı illərində şahmat üzrə dünya cempionluğuna əsas iddiaçılardan olmuşdur.SSRİ-də 1947-ci ildən Çiqorinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirlər təşkil olunmuşdur.