Mixail Skipski (rus. Михаи́л Ски́пский) — "Nə? Harada? Nə zaman?" oyununun televiziya və idman versiyasının oyunçusu, məşqçi, Balaş Qasımovun komandasının heyətində ikiqat "Büllur bayquş" sahibi.
Skipski Gertsen adına Rusiya Dövlət Pedaqoji Universitetinin coğrafiya fakültəsinin məzunudur.[1] O, hazırda Aniçkov liseyində coğrafiya fənnindən dərs deyir.
Nailiyyətləri
2008-ci ildə Mixail Skipski yenidən təsis edilmiş "Ən Yaxşı Məşqçi" nominasiyası üzrə "Nə? Harada? Nə zaman?" Klublarının Beynəlxalq Assosiasiyasının mükafatına layiq görülmüşdür.[2]
2010-cu ilin dekabrında, "Nə? Harada? Nə zaman?" üçün yubiley olan mövsümdə, Balaş Qasımovun komandası oyunların qış seriyasının qalibi olur və onlara "Büllur yuva" təqdim edilir. Beləcə, Mixail Skipski ilk "Büllur bayquş"una sahib olur.
2016-cı il oyunlarının yaz seriyasının ən yaxşı oyunçusu seçilib və klubda özünün ilk fərdi mükafatını — "Büllur bayquş"u qazanıb.
Oyununun idman versiyasında əsasən "YUMA" və "Qorod utrat" komandalarının heyətində çıxış edir. Sonuncunun heyətində Pribaltikada keçirilən regional turnirlərdə dəfələrlə qalib olub, "YUMA" komandasının heyətində 2007-ci il dünya çempionatında altıncı yeri tutmuşdur.[3]
İstinadlar
Xarici keçidlər
|
---|
|
"Klubun ən yaxşı kapitanı" poqonunun və titulunun sahibləri |
---|
|
|
"Brilyant bayquş" sahibləri |
---|
|
|
"Büllur bayquş" sahibləri |
---|
★— "büllur bayquş" "büllur yuva"nın heyətində qazanılıb
|
|