Mirzə Səlim Axundov 1855-ci ildə Şuşa qəzasınınVərəndə sahəsininDədəli kəndində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Bir müddət mədrəsədə oxumuşdu. Sonra İranınTehran şəhərində darülfünuna (universitetə) qəbul olmuşdu. Burda təbabəti öyrənmişdi. Təhsilini tamamlayandan sonra bir müddət Tehran şəhərində çalışmışdı. Mahir həkim kimi ad çıxarmışdı. 1896–1897-ci illərdə Tehranda baş vermiş taunun dəf edilməsində fəal iştirak etmişdi. İranın Xarici İşlər vəzirliyi və Rusiya Səfarətxanası onun əməyini mükafatlarla dəyərləndirmişdi. Müzəffərəddin şah Qacar ona xan ünvanı, Ədibülhükama ləqəbini vermişdi.
Mirzə Səlim Axundov XX əsrin əvvəllərində vətənə dönmüş, tibblə məşğul olmuşdu.
Əsərləri
Mirzə Səlim Axundov həkim olmaqla yanaşı elmlə də məşğul idi. Onun tibbə dair "Tədbir ül-həvamil" əsəri bütün şərq aləminə yayılmışdı. Bu əsər 1893-cü ildə Tehran şəhərində işıq üzü görmüşdü. Tibbə, kimyaya və zoologiyaya həsr olunan "Kəşkülək" əsəri 1897-ci ildə Tehran şəhərində daşbasma üsulu ilə çap olunmuşdu. Bunlardan başqa görkəmli alimin "Vəsilət üs-süluk fi daiül-mülük", "Müntəxəbat üs-sənaye" və başqa əsərləri var. Onun "Təshihi-iştibah" adlı yazısı İranda Böyük Britaniyanın səfiri olmuş Ser Con Malkolmun "Tarixi-İran" əsərindəki səhflərdən danışır.
Mənbə
1. Ənvər Çingizoğlu. Tarixçi Mirzə Səlim Hacılı-Cavanşirin soy ağacı. "Soy" dərgisi, 2 (2), 2003.
2. Mirzə Səlim Axundov-Qarabağı. Tarixi-İştibah (farscadan tərcümə edən: Tahirə Həsənzadə). "Soy" dərgisi, 2 (2), 2003.
İstinadlar
Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!