Mirzə Cabbar Təzkirəçi

Mirzə Cabbar Təzkirəçi
Hacı Mirzə Cabbar Səfərəli oğlu Xoyi
Digər adları fars. میرزا جبار تذکرهچی
Doğum tarixi
Doğum yeri Xoy, Cənubi Azərbaycan
Uşaqları Cavad xan, Murtuza xan
Milliyyəti jurnalist, diplomat
Fəaliyyəti diplomat

Hacı Mirzə Cabbar Səfərəli oğlu Təzkirəçi (fars. میرزا جبار تذکرهچی‎) — İranın ilk jurnalistlərindən biri, diplomat.

Həyatı

Hacı Mirzə Cabbar Səfərəli oğlu Təzkirəçi 1826-cı ildə Cənubi Azərbaycanın Xoy şəhərində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra mədrəsədə oxumuşdu. Mirzə Tağı xan Əmir Kəbirin yanında işə düzəlmişdi. Təzkirəçi kimi tanınmışdı.

Tehranda ilk mətbələrdən birini Mirzə Cabbar Təzkirəçi açmışdı. Dövrünün savadlı ziyalısı kimi tanınan bu şəxs bir neçə xarici dil bilirdi.

Mirzə Cabbar Təzkirəçi xarici ölkələrdə diplomat kimi çalışmışdı. İranda ilk rəsmi mətbu orqan olan "Ruznameyi-vəqayeyi-ittifaqiyə"nin redaktoru olmuşdu. Rəsmi nəşrlər üçün Avropa qəzetlərindən tərəqqi ilə bağlı yazıları tərcümə etmişdi. O, «Bütün İranda ilk publisist və nəşriyyatçılardan olmuşdu».[1]

Ailəsi

Mirzə Cabbarın Cavad xan, Murtuza xan adlı oğlanları vardı.

Mənbə

İstinadlar

  1. Cənubi Azərbaycan tarixinin oçerki. Bakı, 1985.

Həmçinin bax

Xarici keçidlər

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!