Mirzə Abdulla Ağa Əli Əkbər oğlu Fəraxani 12 oktyabr 1843-cü ildə Şirazda anadan olmuşdur. Mirzə Abdulla qardaşı Mirzə Hüseynqulu ilə birlikdə Radif musiqi sənətinin baniləri olublar. Mirzə Abdullanın həyatı və fəaliyyəti haqda çox az məlumat mövcuddur. Mənbələrə görə, Mirzə Abdullanın atası Ağa Əli Əkbər FəraxaniMəhəmməd Şah Qacarın və Nəsrəddin Şahın hakimiyyəti dövrlərində saray musiqiçi olmuşdur.[1]
Mirzə Abdullanın atası hələ o uşaq ikən vəfat etmişdir. Buna görə onu və qardaşını Əli Əkbərin qardaşıoğlu və tələbəsi Ağa Qulamhüseyn öz himayəsinə almışdır. Mirzə Abdullaha tar və sətar çalmağı böyük qardaşı Mirzə Hüseynqulu öyrətmişdir.[2]
Mirzə Abdulla Tehranda bir musiqi məktəbi açmış, çoxlu şagirdə dərs keçmişdir. Onun dörd oğlu olmuşdur. Onlar Mulud, Məlik, Cavad və Əhməd idi.[3]
↑Əkbərzadə, Pəcman. (موسیقی دانان ایرانی (جلد سوم. Tehran. ISBN946-93867-8-5.
↑Katon, Marqaret. Baha'i Influences on Mirza Abdollah, Qajar Court Musician and Master of the Radif. II: Iran East & West. Kalimat Press. 1984. səh. 30–64.
Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!