Mineral Tədqiqat və Kəşfiyyat Ümumi Müdirliyi (abr.MTK, türk.Maden Tetkik ve Arama Genel Müdürlüğü, abr.MTA) — 14 iyun 1935-ci ildə 2804 nömrəli özəl qanun[2] əsasında təsis edilmiş, hüquqi şəxs statuslu, özəl hüquq hökmlərinə tabe, Türkiyə Respublikası Enerji və Təbii Ehtiyatlar Nazirliyinə tabe ictimai-iqtisadi müəssisə. Qanun qəbul edildiyi zaman adı Mineral Tədqiqat və Kəşfiyyat İnstitutu (abr.MTİ, türk.Maden Tetkik ve Arama Enstitüsü, abr.MTE) idi, fəqət 1983-cü ilin dekabr ayında adı "Mineral Tədqiqat və Kəşfiyyat Ümumi Müdirliyi" olaraq dəyişdirilmişdir.
MTK istimar edilməsi üçün uyğun mədən və karxana ərazilərində tədqiqat aparmaq, istimar edilən mədən ocaqlarının daha səmərəli işlədilməsi üçün tədqiqatlar aparmaq, geoloji və geofiziki araşdırma və laboratoriya təhlilləri etmək, dağ-mədən sənayesi üçün peşəkar və texniki heyət və bacarıqlı işçi yetişdirmək məqsədilə qurulmuşdur.[3] Minerallar üzrə tədqiqat aparmağa əlavə olaraq, 1975-ci ildən bəri MTK-nın məsafədən zondlama müəssisələri də fəaliyyət göstərir. Bu müəssisələri MTK Geofiziki Araşdırmalar Diviziyası və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası işlədir.
[4]
MTK Ankara şəhərində yerləşən mərkəzində olan ümumi müdir və onun dörd ümumi müavini tərəfindən idarə edilir. MTK-nın əsas xidmət diviziyaları – Geoloji Araşdırmalar, Geofiziki Araşdırmalar, Enerji Xammal Araşdırma və Kəşfiyyatı, Yonulma, Əlverişlilik Araşdırmaları, Mineral Analizlər və Texnologiyası, Dəniz və Ətraf Mühit Araşdırmaları Dairə Nazirliyi.[5]
MTK 1936-cı ildən bəri iki dəfə "Mineral Tədqiqat və Kəşfiyyat Jurnalı" (türk.Maden Tetkik ve Arama Dergisi, ing.Bulletin of the Mineral Research and Exploration) adlı sənədləri nəşr edir. Bu sənədlər 1950-ci ildən ingilis və türk dillərində nəşr edilir.
[6]
↑"TARİHÇE". www.mta.gov.tr (türk). Mineral Tədqiqat və Kəşfiyyat Ümumi Müdirliyi. 2015-10-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 mart 2019.
↑"Mission". www.mta.gov.tr (ingilis). Mineral Tədqiqat və Kəşfiyyat Ümumi Müdirliyi. 19 oktyabr 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 mart 2019.
↑"History". www.mta.gov.tr (ingilis). Mineral Tədqiqat və Kəşfiyyat Ümumi Müdirliyi. 7 noyabr 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 mart 2019.
↑"Analysis Laboratories". www.mta.gov.tr (ingilis). Mineral Tədqiqat və Kəşfiyyat Ümumi Müdirliyi. 21 avqust 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 mart 2019.