Praqa Milli Qalereya (çex. Národní galerie v Praze) — Çexiyada yerləşən ən böyük təsviri və tətbiqi sənət kolleksiyalarını idarə edən dövlət təşkilatı.
1949-cu ildə əvvəllər yaradılan bir neçə qalereyanın birləşməsi ilə quruldu. Milli Qalereyanın ekspozisiyaları, ən böyüyü Sərgi Sarayı olan Praqada və ondan kənarda bir neçə tarixi binada və sarayda
Tarixi
Qalereyanın tarixi, 1796-cı il fevralın 5-də, bir qrup vətənpərvər çex aristokratları və orta təbəqədən olan aydın ziyalılar, əhalini sənət ilə tanış etmək və tanıtmaq üçün Vətənpərvər Sənət Dostları Cəmiyyətini yaratdıqları zaman başladı. Cəmiyyət şəhər sakinləri üçün açıq olan iki təşkilat — Rəssamlıq Akademiyası və Qalereya qurdu. Müasir Milli Qalereyanın öncülü oldu.
1902-ci ildə cəmiyyət Çex Krallığının Müasir İncəsənət Qalereyasını təşkil etdi. Buraya İmperator I Frans I Josef tərəfindən hədiyyə edilmiş bir kolleksiya daxil edildi.
1918-ci ildə cəmiyyətin kolleksiyası Çexoslovakiyanın əsas sənət kolleksiyasına çevrildi.
1942-ci ildə Çexiya-Moravian Zemstvo Qalereyası adlanan Qalereya Çex Krallığının dağılmış Müasir İncəsənət Qalereyasının kolleksiyalarına qoşuldu.
1949-cu il qanunu Praqada Milli Qalereya təsis etdi. Kolleksiyaya Milli Muzeyin və Universitet Kitabxanasının qrafik kolleksiyaları da daxil edildi.
Kolleksiya
Qalereya
Orta əsrlər sənəti
Klassik sənət
Müasir sənət
İstinadlar
Xarici keçidlər
Mənbə