Milli Arxivlər və Efiopiya Kitabxanası

Milli Arxivlər və Efiopiya Kitabxanası
Xəritə
Ümumi məlumatlar
Ölkə
Yaradılıb 1944
Sayt nala.gov.et

Efiopiyanın Milli Arxivlər və KitabxanasıEfiopiyanın Əddis-Əbəbə şəhərində yerləşən milli arxivlər və kitabxanası; 1944-cü ildə İmperator Hayli Selasi tərəfindən təsis edilmiş və imperatorun hədiyyə etdiyi kitablarla xidmətə başlamış kitabxana.

Ümumi baxış

1976-cı ildə 50/76 nömrəli elan kitabxanaya ölkədə nəşr olunan hər bir materialın üç nüsxəsini toplamaq hüququ verdi. [1] 1999-cu ildə qəbul edilmiş 179.1999 nömrəli qərarla kitabxana milli təsisat kimi yenidən təşkil edildi. Bu qərarın qəbulu ilə kitabxanada aparılan struktur dəyişiklikləri nəticəsində Efiopiyanın Milli Arxivlər və Kitabxanası 2020-ci ilə qədər Afrikanın ən yaxşı beş milli kitabxana və arxivlərdən biri olmaq missiyasını reallaşdıra bildi. Hazırda bu kitabxana Mədəniyyət və Turizm Nazirliyinin struktur bölməsidir.[2]

Arxiv 1979-cu ildə yaradılmışdır və onun kolleksiyasına XIV-XV əsrlərə aid qədim və tarixi əlyazmalar daxildir. Böyük Saray Nazirliyi, Vəliəhd Sarayı və başqa arxivlərlə birgə fəaliyyətə başlamışdır. Arxivə bir neçə kral, imperatriça və şahzadənin yazdığı məktublar da daxildir.

Xarici keçidlər

İstinadlar

  1. "About Us". Ethiopian National Archives and Library Agency. 19 June 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 September 2013.
  2. Hryc´ko, K. An outline of the National Archives and Library of Ethiopia. Aethiopica 2007, 10, 92–105.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!