Mehmet Məhərrəm Qəssaboğlu və ya Mehmet Muharrem Kasapoğlu (türk. Mehmet Muharrem Kasapoğlu; 22 dekabr 1976, İstanbul) — Türkiyə dövlət xadimi. O, hazırkı Gənclər və İdman naziridir.
Erkən illəri
Mehmet Məhərrəm Qəssaboğlu 1976-cı ildə Türkiyənin İstanbul şəhərində anadan olmuşdur. O, Mərmərə Universitetinin İqtisadiyyat və İnzibati elmlər fakültəsində Biznesin idarə edilməsi üzrə təhsil almış və oranı bakalavr dərəcəsi ilə bitirmişdir. Qəssaboğlu daha sonra həmin universitetdə Yerli İdarəetmələr və Mərkəzsizləşdirmə üzrəmagistr dərəcəsi qazanmışdır. Florida Dövlət Universitetinin Biznesin İdarə Edilməsi Fakültəsində İdarəetmənin təşkili sahəsində tədqiqatçı, mütəxəssis və layihə koordinatoru kimi fəaliyyət göstərmişdir. Floridadakı Palm-Biç Atlantik Universitetində Biznesin idarə edilməsi üzrə daha bir bakalavr dərəcəsi qazanmışdır. Qəssaboğlu Türkiyəyə qayıtmış və İstanbul Universitetində Yerli Məşğulluq üzrə Doktorluq dərəcəsi əldə etmişdir.[1][2]
10 iyul 2018-ci ildə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan tərəfindən Gənclər və İdman naziri təyin edilmişdir.[2]
İstinadlar