Mark Antokolski (rus. Антокольский, Марк Матвеевич; 2 (14) noyabr 1840, Vilnüs[2] – 26 iyun (9 iyul) 1902[1], Bad-Xomburq[d], Hessen[3][1][…]) — rus heykəltaraş. 1871-ci ildən akademik.
Həyatı
1862-1866-cı illərdə Sankt-peterburq Rəssamlıq Akademiyasında təhsil almışdır. Realist sənətkar kimi yetişməsində İ.Y.Repin, V.V.Stasov və İ.N.Kramskoyun təsiri olmuşdur. 1871-ci ildən İtaliyada, 1877-ci ildən Parisdə yaşamışdır. Yaradıcılığının ilk illərində yəhudi məhəlləsindən seçdiyi tipajların obrazlarını incə yumorla Dərzi (1864) və Xəsis (1865) əsərlərində yaratmışdır. Milli-tarixi mövzularda yaratdığı əsərlər Antokolskinın yaradıcılığında əhəmiyyətli yer tutur. Obrazın psixoloji aləminə dərin nüfuz, tarixi detalların düzgün əksi onun İvan Qroznı (1871), I Pyotr (1872) əsərlərində daha qabarıqdır. Yaradıcılığının sonrakı dövrlərində əsərlərini psixoloji səpkidə işləmişdir. Mark Antokolski eyni zamanda bir çox qəbirüstü abidələrin müəllifidir.
İstinadlar
Mənbə