Mariya Svanenburq (nid. Maria Catharina Swanenburg, eləcə də Goeie Mie və de Leidse Gifmengster ləqəbləri ilə tanınırdı; 9 sentyabr 1839, Leyden — 11 aprel 1915, Qorinhem) — ən 27 nəfəri və 90-dan çox insanı öldürməkdə şübhəli bilinən hollandiyalı qadın seriyalı qatil.
Həyatı
Mariya Svanenburq Klemens Svanenburq və Yohanna Dinqyanın qızı idi. Mariyanın ilk iki qızı gənc yaşda öldükdən sonra o, 13 may 1868-ci ildə Yohannes van der Linden ilə evləndi. Bu evlilikdən beş oğlu və iki qızı dünyaya gəldi. Onun evliliyi 29 yanvar 1886-cı ilə kimi davam etdi.[2]
O, özünün yaşadığı Leydenin yoxsul məhəlləsində körpələrin böyütmək, xəstələrə və yaşlılara qayğı göstərmək üçün “Yaxşı Mi” ləqəbini götürdü.[3][4]
Qətllər
Onun ilk qurbanı 1880-ci ildə öz anası olmuşdur. Çox keçmədən atasını da zəhərlədi. 1880-1883-cü illər ərzində ən az 102 nəfəri arsen ilə zəhərlədiyi konkret olaraq müəyyən edilmişdir. Qurbanlarında 27-sini öldürmüşdü[3] və onlardan 16-sı onun qohumları idi.[3] İstintaq 90-dan çox şübhəli ölüm hadisəsini əhatə etdi.
Qırx beş sağ qalan insan zəhəri qəbul etdikdən sonra xroniki sağlamlıq problemlərində əziyyət çəkirdi. Svanenburq qurbanlarının ölümündən sonra sığorta və ya miras alacağına arxayın idi. O, sığorta polislərinin çoxunu özü təmin etmişdi.[4]
Ələ keçirmə və məhkumluq
Svanenburq 1883-cü ilin dekabrında Frankhuizen ailəsini zəhərlədikdən sonra tutuldu.[4] Onun məhkəməsi 1885-ci ilin 23 aprelində baş tutdu.[2] Svanenburq ən az üç qurbanı öldürməkdə günahkar bilindi və o, 1915-ci ildə öldüyü bir islah müəssisəsində ömürlük həbs cəzasına məhkum edildi.[4]
Həmçinin bax
İstinadlar