Mançester şəhər mərkəzi — İngiltərəninMançester şəhərinin mərkəzi biznes bölgəsi. Vitvorz küçəsinində yerləşir.[1][2] 2011-ci ilin siyahıyaalınmasına əsasən Şəhər Mərkəzinin 17681 əhalisi var.[3] 1853-cü ildə Sənaye inqilabından sonra Mançester şəhər statusu aldı. Bu zaman şəhər mərkəzi pambıq ticarətinin qlobal mərkəzinə çevrildi, beləcə bu hadisə Viktoriyan dövründə şəhərin "dəbdəbəli ticarət memarlığı"-nın formalaşmasına səbəb olaraq[4] Royal Exchange, Corn Exchange, Free Trade Hall və Great Northern Warehouse kimi binaların inşasına gəbirin çıxardı.[5] Pambıq ticarətinin azalmasından və Mançester Blitzdən sonra şəhər mərkəzi 20-ci əsrin ortalarında iqtisadi tənəzzül dövrünü yaşadı,[6] lakin şəhər mərkəzində yerləşən MDB-nin binası 1962-ci ildə inşası tamamlandıqdan sonra Böyük Britaniyada ən yüksək bina seçildi.[7]
Şəhər mərkəzi Böyük Mançesterin nəqliyyat qovşağı kimi fəaliyyət göstərir və bir saat ərzində 7 milyondan çox insan ondan istifadə edir. 1996-cı ildə Mançesterin bombalanması şəhər mərkəzinin yenidən qurulmasına[8] və pərakəndə satış, əyləncə mərkəzlərinin, ofislərin və şəhər həyatının yüksəlməsinə təkan verdi.[9][10][11] Şəhər mərkəzinin iqtisadiyyatı əsasən pərakəndə satış və xidmətlərin üzərində qurulmuşdur, hesablamalara əsasən təxminən A Klas binaların 40 %-i Londondan kənarda qurulmuşdur.[12][13]
Mançester e.ə. 79-cu ildə Romanın Mamucium qalası ilə insanların məskunlaşdığı ərazinin birləşməsindən yaranıb. Romalılar Britaniyanı tərk etdikdən soa nrEruel və İrk əhalinin əsas məskunlaşdığı bölgələr oldu.[14]Normand istilası ilə başlayan və istilanın bitməsinə qədər davam edən Qaranlıq dövrdə yaşayış yeri bir neçə kiçik krallığın ərazisində idi.[15] Orta əsrlərdə, indiki Mançester şəhər mərkəzi Mançester şəhəri idi.
Mançester qalası – orta əsrlərə aid olan qala, İrk və Eruel çaylarının qovuşmasında bir sıldırım qalada yerləşir.[16] Qala haqqında ilk məlumatlar 1184-cü ilə aiddir, 1215-ci ildə qeyd olunmuşdur ki, q[17] ala baron ailəsi olan Qrelli ailəsinə mənsubdur.[18] Qalanın "heç bir siyasi və ya hərbi əhəmiyyətinin" olmaması vurğulanılır.[19]
Şəhər mərkəzi müxtəlif formalarda adlandırılır: Mərkəzi Mançester, Şəhər mərkəzi[21] və ya Mançester mərkəzi seçki dairəsi.[22] Şəhər mərkəzi və qonşuluqdakı Salford və Trafford arasındakı iqtisadi əlaqələr möhkənləndirilmiş və şəhər və rayon mərkəzlərindən İngiltərədəki metropoliten səviyyəli mərkəzlərə köçürülmüşdür.[23][24] Mançester şəhər mərkəzi Böyük Mançesterin iqtisadi mərkəzidir[25][17] və Salford və Traffordun birləşmiş hissələri ilə şəhərsalma və ictimai nəqliyyat məqsədləri üçün regional mərkəz kimi tanınır.[24][25][26][27]
Şəhərin Sənaye inqilabı dövründə sürətli inkişaf etməsi və ya Mançester şəhər mərkəzinin fərqli ərazilərinə dair razılaşma ilə bağlı çox az sayda məlumat var.
Mərkəzi satış bölgəsi
1975-ci ildə Mançester Arndeylin açılışı ilə şəhərin pərakəndə satış istiqaməti dəyişdi. Arndeylin mənfi tənqidi fikirlər alamsına baxmayaraq, qəbul edilən ziyarətçilərin sayına və qazancına görə uğurlu alış-veriş mərkəzi kimi qəbul edilmişdir. Bu gün Arndeyl ildə 41 milyon ziyarətçi qəbul edir və Böyük Britaniyanın ən böyük ticarət mərkəzidir.
Pikadilli
Pikadilli şəhər mərkəzinin nəqliyyat mübadiləsi üçün istifadə olunan ərazisidir. Ərazi adətən şəhərə və ya şəhərdən kənara səfərə çıxmaq istəyən sərnişinlər ilə dolu olur. Ərazi Pikadilli bağları ilə əhatə edilmişdir. Şəhər mərkəzinin 2000-ci illərin əvvəllərində yenidən qurulan ən böyük ictimai meydanıdır, lakin universal olaraq müsbət rəy almamışdır. 150 ildən çox müddətdə Mançester Kral Xəstəxanası burada yerləşmişdir, lakin 1914-cü ildə bağlanılmışdır. Bağlanıldıqdan bir neçə il sonra xəstəxana ləğv edilmiş və yerində isə bağ yaradılmışdır. Ərazidə 20 dayanacağı olan avtobus və tramvay dayanacağı mövcuddur. Dayanacaqların əksəriyyəti meydanın cənub-qərb hissədində, qalanları isə şimal hissəsində yerləşir.
↑ 12Manchester City Council (11 July 2012). "Manchester's Local Development Framework: Core Strategy Development Plan Document"Arxivləşdirilib 2022-02-25 at the Wayback Machine (PDF). manchester.gov.uk. Retrieved 16 June 2013. Part of the City Centre is in Salford and both the Regional Centre and Inner Areas cover areas of Manchester, Salford and Trafford… Manchester City Centre is defined as the area inside the Inner Relief Route and extends to the south to encompass the Oxford Road Corridor. The City Centre also extends to Chapel Street, within the administrative boundary of Salford City Council.
↑Manchester City Council (1995), Manchester Unitary Development Plan, p. 105